Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əlövsət Əliyevdən general arvadı ilə bağlı ittihamlara- Cavab

Əlövsət Əliyevdən general arvadı ilə bağlı ittihamlara- Cavab


Xəbər verdiyimiz kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş ailəsini saxta sənədlə ölkədən çıxarmaqda və evindəki seyfindən 60 min manat oğurlamaqda təqsirləndirilən 14 nəfərin məhkəməsi keçirilib. 







“Qafqazinfo”nun məlumatına görə, general ailəsinin ölkədən qaçmağında adı hallanan “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev sözügedən məhkəmə prosesinə münasibət bildirib. 



Hüquq müdafiəçisi prosesdə səslənən ittihamlarla razı olmadığını bildirib:



“Barəmdə ifadə verən Namiq Camalovu uzun illərdir tanıyıram. Bu cinayət işi üzrə onun saxlanılması və təqsirləndirilən şəxs kimi cəlb olunmasını da qanunsuz hesab edirəm. Onun hər hansı cinayətin törədilməsində iştirakına inanmıram və səsləndirdiyi ifadənin xüsusi təzyiq altında alındığını dərk edirəm. Eyni zamanda hesab edirəm ki, bu məsələlərə mənim mətbuata verdiyim açıqlamalarla deyil, Gülnarə Şəkinskinin nə zamansa verəcəyi ifadə ilə aydınlıq gətiriləcək. 



Bu cinayət işi son illərdə mənim həbs olunmağım üçün edilən dördüncü cəhddir. 



Birinci cəhd Ədliyyə Nazirliyindən olmuşdu və AMM-in sənədləri Nəsimi Rayon Prokurorluğuna göndərilmişdi. Guya ki, təşkilatın təsis sənədləri saxtalaşdırılıb. Lakin, biz təkzib olunmaz sübutları Nəsimi Prokurorluğuna təqdim etdikdən və mənim ümumiyyətlə təsisçi olmadığım müəyyən ediləndən sonra həmin fakta görə cinayət işinin başlanılması rədd edildi. 



İkinci cəhd bir ildən artıq müddətdə hüquqlarını qoruduğum, fasilələrlə təşkilatın sığınacağında 6 aydan çox yaşayan bir qurbandan mənim əleyhimə məcburi ərizə almaqla baş vermişdi. Onun böyrəyi İranda götürülməklə Respublika prokurorluğunun əməkdaşının oğluna köçürülmüşdü. Lakin vəd edilən pulu ona verməmişdilər. Həmin ərizəyə görə Bakı Şəhər Prokurorluğunda uzun müddət cinayət işi istintaq edildi və sonda xitam etdilər.



Üçüncü dəfə DİN-in uzun illər tanıdığım bir əməkdaşını həbs elədilər və mənim əleyhimə ifadə ala bilmədikləri üçün 6 aydan sonra onu məhkəmə prosesindən azad etməyə məcbur oldular. Həmin vaxt ölkədə olsam ondan da mənim barəmdə yalançı ifadə “alınması” planlaşdırılmışdı”.



Əlövsət Əliyev bu məsələlərin onu nüfuzdan salmaq üçün hesablandığını düşünür:



“Bu işlərin hər birinin sifarişçisinin kim olması mənə aydındır. Ümumiyyətlə nəyə görə təqib olunduğum təqib edənlərə bəlli olduğu kimi mənə də bəllidir.



Daxili İşlər Nazirliyinin təmsilçiləri utanmadan yaşayış yerim bəlli olduğu halda barəmdə həbsli axtarış elan edib. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna görə məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin haqqında axtarış elan edilir. Mən izlənməmişəm, cəza çəkməkdən boyun qaçırmamışam, itkin düşməmişəm”.







Xatırladaq ki, Emin Şəkinski ötən il keçmiş həyat yoldaşı tərəfindən ona məxsus pulların oğurlanması, övladlarının ölkədən saxta sənədlə çıxarılması ilə bağlı ərizə verib. 



Gülnarə Şəkinskaya və Miqrasiya rəhbəri Əlövsət Əliyev ölkədə olmadıqları üçün barələrində həbsli axtarış elan edilib. 


Teqlər:
Bu xəbər cəmi 990 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR