Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elman Rüstəmov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü

Elman Rüstəmov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü


Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bankdan “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı DB və Azərbaycan Hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqram və layihələrin səmərəliliyi müzakirə edilib. 



 



Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində Dünya Bankının rolunu  yüksək qiymətləndirən sədr E.Rüstəmov qeyd edib ki, Azərbaycan DB ilə əməkdaşlığı dövründə yenidənqurma və inkişaf üzrə bir çox sahələrdə hərtərəfli strateji dəstək alıb. O, ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda roluna dair ətraflı məlumat verdi.



DB-nin nümayəndə heyətinin rəhbəri H.Kerali ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirib..



Daha sonra sədr E. Rüstəmov DB-nin Avropa, Orta Şərq və Şimali Afrika regionu üzrə maliyyə və bazarlar üzrə qlobal praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini  qəbul edib.



Görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, əlavə dəstəyə ehtiyac olan istiqamətlər, DB-nin Mərkəzi Bank ilə birgə həyata keçirdiyi layihələrin hazırkı statusu, görülən işlər, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.


Teqlər:
Bu xəbər cəmi 1545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR