Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərsu”da nə baş verir?- 4.5 milyardlıq ziyan

“Azərsu”da nə baş verir?- 4.5 milyardlıq ziyan


Beynəlxalq audit şirkəti “Ernst & Young Holdings” (CİS) B.V.) Azərbaycanın su monopolisti “Azərsu” ASC-nin bərbad maliyyə göstəricilərini üzə çıxarıb. 



 



"Qafqazinfo" xəbər verir ki, bu barədə “Turan” agentliyi “Azərsu” ASC-nin audit şirkətinin rəyi əsasında illik maliyyə hesabatına istinadən məlumat yayıb. 2014-cü ildə səhmdar cəmiyyət 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. “Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub.



Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.



Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur.



Eyni zamanda “Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 milyon manat (-2,6 faiz), satış və su paylanması xərcləri 94,4 milyon manat (+9,7 faiz) olub. İl ərzində aktivlər 837,2 milyon manat qiymətdən düşüb.



“Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib.





Su istifadəçilərinin borclarının ödənilməsi də məqbul səviyyədə deyil. 31 dekabr, 2014-cü il üçün əhali və qeyri-əhali qruplarının debitor borcları 16,4 milyon və 52 milyon 765 min manat olub. “Azərsu” ASC bu borcların ödənilməsi üçün 59,5 milyon manat ehtiyat yaradıb. Çünki onların ödənilməməsi təhlükəsi var.



Ötən il su təchizatı sisteminin inkişafına investisiyalar (dövlət zəmanətli kreditlər də daxil) 500,9 milyon manat olub. Beləliklə, yanvarın 1-i üçün “Azərsu” ASC-yə dövlət investisiyaları 3 milyard 656,9 milyon manata çatıb.



31 dekabr, 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub. İl ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat mənfidir.   



Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Ona görə “daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var”.





Virtualaz.org saytı isə bildirir ki, “Azərsu” son illərdə ən çox dövlət investisiyaları yönəldilən şirkətdir. Qorxmaz Hüseynov bu şirkətə prezident təyin edilənə qədər “Azərsu”da vəziyyət daha fəlakətli idi. Bu təyinatdan sonra yeni rəhbərliyin qarşısında vəzifə qoyuldu ki, ölkənin, o cümlədən paytaxt Bakının su və kanalizasiya təsərrüfatı yenidən qurulsun, əhalinin içməli su ilə təchizatı yaxşılaşdırılsın, eyni zamanda istifadə olunan suya görə yüz faiz ödənişlər təmin edilsin. Bu məqsədlə şirkətə hər il dövlət büdcəsindən irihəcmli investisiyalar yönəldilib.



Lakin belə görünür ki, “Azərsu”da vəziyyəti düzəltmək hələ də mümkün olmur. Paytaxtın su və kanalizasiya sistemində təsərrüfatsızlıq, su və kanalizasiya xətlərinin bu işlərdə heç bir səriştəsi olmayan, birgünlük şirkətlərə (mətbuatdan məlumdur ki, bu birgünlük şirkətlərin  çoxu “Azərsu” rəhbərliyinin qohumlarına məxsus olur) həvalə edilməsi, investisiya xərclərinin şişirdilməsi, abonentlərdən yığım səviyyəsinin hələ də aşağı olması və digər amillər üzündən ölkənin su operatorunun maliyyə vəziyyəti bərbad durumdadır.


Teqlər:
Bu xəbər cəmi 1565 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR