Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir edəcək?

Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir edəcək?
Mərkəzi Bankın komissiya haqları ilə bağlı banklara verdiyi göstəriş barədə xəbər vermişdik. İndi kreditin məbləğindən asılı olmayaraq komisyon haqqı 1 faizdən artıq olmamalıdır. “Qafqazinfo”nun xəzərxəbər-ə istinadən məlumatına görə, iqtisadçılar bu dəyişikliyin kredit faizlərinə təsir edəcəyini proqnozlaşdırırlar. İndiyədək banklar kredit verərkən komisyon haqları 6-7, hətta bəzən 10 faizə yaxın tuturdu. Mərkəzi Bankın göstərişi ilə bu məbləğin 1 faizə endirilməsi isə vətəndaşların kredit yükünü azaltmaqla yanaşı bankların gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq. Buna görə də kredit fazilərində artım proqnozlaşdırılır. İqtisadçıların fikrincə, bu artım uzunmüddətli olmayacaq. Kiçik bankların konsolidasiyası yəni birləşməsi də təklif olunur. Bu tədbirlər nəticəsində banklar fəaliyyətlərinə daha ucuz maliyyə mənbələri əlavə etməklə fəaliyyətlərini stimullaşdıra bilər.

Teqlər:
Bu xəbər cəmi 855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR