Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Generalın ölkədən qaçan arvadı ilə bağlı yeni- Şok məlumatlar

Generalın ölkədən qaçan arvadı ilə bağlı yeni- Şok məlumatlar


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş ailəsini saxta sənədlə ölkədən çıxarmaqda və evindəki seyfindən 60 min manat oğurlamaqda təqsirləndirilən 14 nəfərin məhkəməsi keçirilib. 



 



​"Qafqazinfo" Azadlıq Radiosuna istinadən məhkəmə prosesində baş verənləri təqdim edir:



Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən məhkəmədə təqsirləndirilən şəxslər ifadə veriblər. İlk ifadə verən Namiq Camalov DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və həbs olunduğunu söyləyib.



O, Emin Şəkinskinin keçmiş həyat yoldaşını “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev vasitəsilə tanıdığını bildirib:





“ƏLÖVSƏTLƏ GÜLNARƏ TEZ-TEZ MÜBAHİSƏ EDİRDİ”



“Əlövsət Gülnarəni mənə öz bacısı qızı kimi tanıtmış, adının da Aysel olduğunu demişdi. Aysel kimi tanıdığım Gülnarəyə sürücülük edirdim. Sənədlərlə bağlı onu müəyyən yerlərə aparmışam. Bir necə dəfə Bərdəyə - polis şöbəsinə getmişik.



Deyirdi, evi plana düşüb. Bakıdakı evindən qeydiyyatdan cıxaraq, rayon qeydiyyatına düşmək istəyir. Onun yanında həmişə Şəfiqə adlı yaşlı qadın olurdu. Bərdədə Pənah və Saçlı ilə görüşdük, polis şöbəsinə girib cıxdılar. Sənəd məsələsi ilə onlar məşğul olurdular.



Hakim: “Əlövsət Əliyev buna görə sizə nə qədər pul verirdi?”



Namiq Camalov: “Sürücü kimi 600-700 manat alırdım. Bərdəyə aparıb-gətirməyimə görə ayrıca 1500 manat da vermişdi”.



Təqsirləndirilən şəxs bunu da bildirib ki, bir neçə dəfə Bərdə Rayon Polis Şöbəsinə gedib-gələndən sonra Gülnarə Şəkinskaya başqa ad və soyadla – Aysel Müzəffər qızı Əliyeva olaraq şəxsiyyət vəsiqəsi və xarici pasport əldə edib:



“Mən sonadək nə onun əsl adının Gülnarə, nə soyadının Şəkinskaya, nə də Emin Şəkinskinin arvadı olduğunu bildim”.



Prokuror Fərid Nağıyev: “Heç şübhələnmədiniz?”



Namiq Camalov: “Yox. Mən müstəntiq deyildim ki. Hec nə bilmirdim. Sonra uşaqlara sənəd düzəltdilər. Gülnarə hər dəfə Bərdəyə gedəndə, Şəfiqəni də özüylə aparırdı. Gülnarənin 4 uşağı vardı. “Bandotdel”də bilmişəm ki, o, Aysel Əliyeva yox, Gülnarə Şəkinskayadır. Özü isə mənə demişdi ki, uşaqların atası Rusiyada yaşayır, aliment verir”.



Namiq Camalov Gülnarə Şəkinskaya ilə Əlövsət Əliyevin onun yanında bir neçə dəfə mübahisə etdiyini, Gülnarənin ondan sənədi tez düzəltməsini istədiyini söyləyib. Deyirdi, Evi satıb pulunu sənə vermişəm, sənədimizi düzəlt və ver, çıxıb gedək.



“DEDİ, YETİM QIZA SƏNƏD DÜZƏLTMƏK LAZIMDIR”



Sonra Ağcəbədidə məskunlaşan Laçınlı köçkün Pənah Dadaşov da ifadə verib. O, məhkəmədə bildirib ki, Şəfiqə Bağırovanı Ramiz adlı bir nəfər vasitəsilə tanıyıb: 



“Şəfiqə Bağırova dedi ki, bir nəfərə sənəd düzəltmək lazımdır.



Mən də Saçlı xanıma müraciət etdim. Mənə 600 manat verilmişdi. Onun 300 manatına arayış aldım, 300 manatını da Saçlıya verdim”.



Pənah Dadaşov yaşayış yerindən arayış alaraq, şəxsiyyət vəsiqəsi və daha sonra xarici pasport düzəltdirdiyini deyib. O bu işdə Saçlı Həsənovanın daha çox rol oynadığını da söyləyib.



Məhkəmə Saçlı Həsənovanı da təqsirləndirilən şəxs qismində dindirib.



Saçlı Həsənova: “30 ildir Bərdədə müəllimə işləyirəm. Pənahı da çoxdan tanıyıram. Mənə zəng vurub dedi ki, bir yetim qız var, xəstədir, onu İrana müalicəyə aparmaq lazımdır. Sənədi yoxdur. Öz uşaqlarım əlil olduğundan ürəyim ağrıdı. Balaca bir qız uşağı ilə gəldi. Uzun illər əvvəl 1 yaşında ölən uşağımın doğum şəhadətnaməsi qalmışdı. Həmin şəhadətnamə ilə uşağa sənəd düzəltdik. Şəkil uşağın, ad-soyadsa mənim ölmüş uşağımın idi”.



Prokuror: “Buna görə nə qədər pul aldınız?”



Saçlı Həsənova: “Pənah deyir, mənə 300 manat verib. Yalan danışır, onun əvvəldən mənə 500 manat borcu vardı. Xəstə olduğuma görə 300 manatını qaytardı ki, müalicəyə xərcləyim. Mənə verdiyi pulun o işlə heç bir əlaqəsi yox idi”.



Bərdə sakini olan digər təqsirləndirilən şəxs Raquf İsfəndiyarov rayonda çayxana sahibiymiş. Emin Şəkinskinin keçmiş ailəsinin ölkədən çıxarılması üçün saxta sənəd söhbətinin bir epizodu da onun çayxanasında olub. O öz bacısı qızının adına alınan saxta sənədə görə Gülnarə Şəkinskayanın adamlarından min manat aldığını etiraf edib.



Hakim: “Niyə aldın o pulu?”



Raquf İsfəndiyarov: “Çayxananın icarəhaqqını ödəməliydim”.



“”BANDOTDEL”DƏ BİLMİŞƏM Kİ, SÖHBƏT EMİN ŞƏKİNSKİNİN ARVADINDAN GEDİR”



Digər təqsirləndirilənlər Zeynəb Cəfərova, Pərvin və Rəvanə Dadaşovlar (ər-arvad), Tahir və Günel Hüseynovlar (ər-arvad), Adəm və Ənnab İskəndərovlar (ər-arvad) da məhkəmədə ifadə veriblər. Onlar da etiraf ediblər ki, Gülnarə Şəkinskayanın övladlarına öz uşaqlarının ad-soyadıyla saxta sənəd çıxarılmasına qatılıblar. Ancaq əsl məqsəddən xəbərsiz olduqlarını da sözlərinə əlavə ediblər.



Məsələn, Raquf İsfəndiyarov bundan DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsində xəbər tutduğunu bildirib:



“Məni “bandotdel”ə gətirdilər. Bir neçə saat ayrı-ayrı otaqlarda saxlayandan sonra müstəntiq dedi ki, sən həbs olunub içəri getməlisən. Heç bilirsən nə etmisən? Emin Şəkinskinin ailəsinə saxta sənəd düzəltmisən”.



Təqsirləndirilən şəxslərin “işlərin mayası” adlandırdığı Şəfiqə Bağırovanın 78 yaşı var. O da mühakimə olunur. Ancaq Şəfiqə Bağırova Gülnarə Şəkinskaya ilə əlaqələrini inkar edib:



“Mən o ailəni tanımıram. Emin Şəkinskinin özü 1966-cı ildə İranda mənim oğlumla birinci sinifə gedib. Bundan o tərəfə tanışlığımız yoxdur”.



SEYFDƏN OĞURLUQ İTTİHAMI QONDARMADIR?



Təqsirləndirilənlərin bəziləri Gülnarə Şəkinskayanın yaşadığı mənzildəki seyfdən Emin Şəkinskiyə məxsus 60 min manat oğurlamaqda suçlanıblar. Ancaq onlar Gülnarə Şəkinskayanın mənzilində olmadıqlarını və bu xanımın adını yalnız istintaq vaxtı eşitdiklərini bildiriblər.



Namiq Camalov: "Bizi tutanda,müstəntiq dedi ki, boynunuza “narkotik” qoyacağıq. O vaxt ortada oğurluq söhbəti yox idi. Başımıza gəlməyən oyun qalmadı. Müstəntiq yazıb, mən imzalamışam. Həmin ev boş idi, plana düşürdü, orada hec nə yox idi. Hec uşaqların ayaqqabısı da qalmamışdı evdə. Gülnarə evin qapısını da satıb cıxmışdı ordan. O ev Gülnarənin atasının mülkü olub”.



Məhkəmə iclası iyulun 10-da davam edəcək.



DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinski ötən il keçmiş həyat yoldaşı tərəfindən ona məxsus pulların oğurlanması, övladlarının ölkədən saxta sənədlə çıxarılması ilə bağlı ərizə verib. Həmin ərizə əsasında hazırda məhkəmə qarşısında dayanan Bərdə sakinləri həbs olunub.



Gülnarə Şəkinskaya və Miqrasiya rəhbəri Əlövsət Əliyev ölkədə olmadıqları üçün barələrində həbsli axtarış elan edilib.



Təqsirləndirilən şəxslərdən üçü həbsdə, qalanları zamindədir. Onlar saxta sənədin düzəldilməsində və Şəkinskinin ailə üzvlərinin Balakən sərhədindən Gürcüstana keçirilməsində iştiraklarını məhkəmədə etiraf ediblər.



Qeyd edək ki, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Emin Şəkinski ifadəsində Gülnarə Şəkinskaya ilə 2008-ci ildə rəsmi qaydada ayrılmalarına baxmayaraq ailənin maddi təminatının onun üzərində olduğunu, lazım olan pul vəsaitini həmin evdə - özünə məxsus seyfdə saxladığını göstərib.


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR