Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TƏHSIL NAZIRININ NURÇU VƏ ALVERÇİ MÜŞAVIRI KIMDIR? - FAKT

TƏHSIL NAZIRININ NURÇU VƏ ALVERÇİ MÜŞAVIRI KIMDIR? - FAKT


Sonuncu dəfə TQDK-nın yaydığı xoşagəlməz statistika təhsilin bərbad vəziyyətdə olmasını bir daha sübut etdi. TQDK-nın sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrini (təbii statistika biabırçı vəziyyəti əhatə edirdi) açıqladığı andan ara qarışdı. Təhsil naziri Mikayıl Cabbarov tərəfdarları müzakirələrə qoşulmağa, hazırki naziri müdafiə etməyə başladılar. Hətta Qubad İbadoğlunun açıqlamalarına təhsil üzrə ekspert Etibar Əliyev də don geyindirməyə çalışdı ki, bu acınacaqlı vəziyyətə görə Misir Mərdanov cavabdehdir. Düzü Etibar Əliyevin həmin məsələyə yanaşması açığı ürəyindən olmasada, məcbur kimi loyal fikirlərlə missiyasın bitmiş hesab etdi. Amma Etibar Əliyev bir təhsil eksperti kimi sonrakı illərində acınacaqlı statistikaya loyal arayış vermək istəmirsə, mütləq təhsil nazirinin orta məktəb direktorlarını, ali və orta ixtisas ilk peşə təhsili müəssisələrinə rəhbər təyin olunanların kimliyini araşdırsın...



Düzünü desək bu gün hamıya məlumdu ki, Bakının orta məktəblərinə o şəxslər seçilib təyinat alır ki, onların çoxlu pulu olur. Peşə məktəblərinə, kolleclərə o şəxslər rəhbər təyin olunur ki, onlar saxta diplom üzrə alverçilik edib pul qazanırlar.Ölkə əhalisinin əksəriyyəti bilir ki, 20 il bundan qabaq millət vəkili Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev “San Marino”, “Diplomatiya Universiteti” və s. tədris ocaqlarını təsis etməklə həmin universitetlərə TQDK plan yerlərindən əlavə qəbuldan kənar tələbə qəbulları aparmaqla neçə min gənci bədbəxt edib. Əldə etdiyi milyonlarla "Odlar Yurdu" Universitetini təsis edib bu qara işlərini son iki ilə qədər davam etdirdi, saxta diplomlar verdi. Onda Əhməd Vəliyevin oğlu Samir Vəliyev atasına bu qara işlərin həyata keçirilməsində yaxından kömək edirdi. Sonralar atasının rəhbərlik etdiyi universitetlərdə “prorektor” oldu. Müdafiə edib “professor” adına sahibləndi. Hətta, bələdiyyələrdə pul olduğunu bilib Nərimanov rayonundan bələdiyyə seçilməsi üçün namizədliyini də verdi. İndi bu şəxs İlham Mustafayev kimi bir savadlı şəxsi əvəzləyir, ali və orta ixtisas, ilk peşə təhsili şöbələrinə rəhbərliyə gətirilib. Məgər bunu Misir Mərdanov edərdi?! - Əsla yox. Amma Mikayıl Cabbarov etdi və hazırda Təhsil Nazirliyində bazar qanunları, qara işlər və s. cərəyan etmə mexanizmini işə saldı. Mikayıl Cabbarov uşqadı bunları bilmir ki,- Samir Vəliyevin şöbə müdiri olmasını o təsdiqləməyib?! Belə olan halda nə təhsil eeeh, kimin pulu çoxdu, gəl çıx başa, oyunu axıra kimi oyna, səndə ol oyunçu... Papanın gül balası Samir Vəliyevin etdiyi kimi...







Bundan başqa, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Şıxıyeva Tənzilə işdən çıxarıldı, yerinə kim qoyuldu? Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə rəhbərlik edən Xaləddin Ələkbərov - təhsildən, tədrisdən xəbəri xəbəri olmayan şəxs. Bakı Texniki Kollecinin direktoru Məmmədov Ramazan vəzifəsindən çıxarıldı, yerinə qoyulan Məmmədov Fəxrəddin kimdi? Hamısı Samir Vəliyevin bir zamanlar qara işləri birgə həyata keçirdikləri şəxslər. Uzağa getməyək!- Samir Vəliyevin dostu Bakı Sənaye Pedoqoji Kollecinin direktoru Vidadi Orucov pul hesabına mərhum Heydər Əliyevə sadiq 91-dən olan Heydər Hüseynovu tutduğu vəzifədən azad etdirib öz adamlarını, Firudin Orucovu direktor əvəzi, Səfər Səfərovu qiyabi şöbənin müdiri qoydu. Hazırda Dövlət İdarəetmə və Texnologiya Kollecini Vidadi Orucov sex kimi işlədir. “Sexofşik” də Səfər Səfərovdur. Oda oğlunu kollecə komendant təyin edib, özü də direktor olmağa hazırlaşır. İndi siz deyin belə adamlarla, yəni Samir Vəliyev, Mikayıl Cabbarov kimi “kadrlarla” təhsili inkişaf etdirmək mümkündü! Təbii ki yox! 



Yeri gəlmişkən, deyilənlərə görə 91-dən olan Heydər Hüseynovu kollecdən uzaqlaşdıranda Samir Vəliyevə deyiblər ki, bu şəxs 91-dəndir işləməyi vacibdir. Samir Vəliyev isə cavabında “daha 91 keçmir, onları qəbul edən kimdir” deyə bildirib. İndi baxın ölkə təhsilinin harasına gəlib çıxmışıq. İkinci bir strateji sahə olan təhsil siyasətini kimlər həyata keçirir...







Növbəti sayımızda: "Odlar Yurdu" Universitetində kimlər NURÇUdu?- Samir Vəliyev Gülən siyasetinin hansı qolunu Azərbaycanda inkişaf etdirir? İllərdi edilən tədris və açılan nur kursları 500-ə yaxın tələbəni hansı məqama hazırlayıb. Ən nəhayyət nazir müşavirinin Azərbaycanda əsl missiyası nədi...


Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR