Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Birinci sinfə qəbul problemi – Kim həll edəcək?

Birinci sinfə qəbul problemi –  Kim həll edəcək?


Artıq iki gündür ki, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların ümumtəhsil məktəblərinəelektron ərizələrinin qeydiyyatına başlanılıb.







6 yaşı sentyabr ayının 15-ə kimi tamam olmayan uşaqların valideynləri Bakının rayonlarındakı ümumtəhsil müəssisələrinə üz tutaraq elektron ərizələrinin qeydiyyatı üçün müraciət edirlər. Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə qərar versə də sən demə valideynlərin işi rahatlaşmaq əvəzinə çətinləşib. “Qafqazinfo” xəbər verir ki, Movqe.az-ın Bakının Binəqədi rayonundakı ümumtəhsil müəssisələrindən hazırladığı reportaj zamanı məqsəd və məramı valideynlərin işini rahatlaşdırmaq olan elektron qeydiyyat sisteminin onları get-gələ saldığı üzə çıxıb. Saytın əməkdaşı əvvəlcə Bakının 276 saylı məktəbində olub. Qeyd edək ki, Bakının bir sıra ümüumtəhsil müəssisəsində olduğu kimi bu məktəbdə 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqlarınümumtəhsil məktəblərinə elektron ərizələrinin qeydiyyatı üçün komisiya yaradılıb.



Valideynlər dəstə-dəstə 276 saylı məktəbə üz tutsalar da onlar məktəbin giriş qapısından geri qaytarılıb. Məlum olub ki, bu gün Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarından birinin imtahan binası məhz 276 saylı məktəb olduğundan içəri heç bir valideyn buraxılmır. Valideynlər isə dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıqlarını oradan valideynlərin bu gün 276 saylı məktəbə getmələrinin tövsiyyə olunduğunu söylədilər. Burada uşağını elektron qeydiyyatdan keçirməyin mümkün olmadığından valideynlər Binəqədi rayonu ərazisindəki 115 saylı məktəbə göndəriliblər.



115 saylı məktəbə çatdıqda təhsil müəssisəsinin 3-cü mərtəbəsində yerləşən 27 saylı otağın qapısı arxasında xeyli sayda valideyn dayanmışdı. Valideynlərlə söhbət zamanı öyrəndik ki, iki gündür ki, elektron qeydiyyata başlanılmasına baxmayaraq, uşaqların sənədlərini elektron qeydiyyatdan keçirmək mümkün deyil. Valideynlər Movqe.az-ın əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, dünən məktəbə gəlsələr də, onlara sistemin işləmədiyi bildirilib: "Bu gün gəlmişik indi də deyirlər ki, gedin sabah gəlin. Daha bunun harası elektron xidmət oldu. Bizim evdə kompyuterimiz olmadığından, gəlmişik məktəbə, məktəbdə də bunun üçün yaradılmış komissiyadan bizə deyirlər ki, sistem işləmir. Bizi get-gələ salıblar. İndi də yenə deyirlər gedin sabah gələrsiz. Hər gün işdən icazə alıb uşağı elektron qeydiyyatdan keçirmək üçün gəlsək də, vaxtımız hədər gedir. Cənab nazirI siniflərə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə elektron sistem yaradanda biz də sevindik.



Amma görünür Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu işin öhdəsindən layiqincə gələ bilməyib. Çünki, içəridə bizə deyirlər ki, ümumi sistem açılmır. Nə vaxt düzələcəyini isə nə məktəbdə bilirlər, nədəki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində. İndi biz uşağı qeydiyyatdan keçirmək üçün bi yolu neçə dəfə gedib-gələcəyik onu da bilmirik. Əlac qalıb sizin yazıb işıqlandırmağınıza. Bəlkə cənab nazir bu yazını oxuyub biz valideynlərin halına acıya. Axı bu xidmətin məqsədi bizim rahatlığımızı təmin etməkdir..."



Üzərinə tədris işləri üzrə direktor müavini yazılan kabinetə biz də daxil oluruq. Sənəd qəbulu üçün ayrılmış komissiyadan sistemin nə üçün işləmədiyini soruşanda valideynlərə verilən cavab bizə də verilir: "Sistem açılmır".



-Bəs nə vaxt açılacaq?



-Biz də bilmirik.



-Bəs kim bilir?



-Heç kim, gedin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən soruşun.



-Siz soruşmamısınız, sizə nə deyirlər?



-Yox, açılmır.



-Bəs niyə şikayət etmirsiniz?



-Niyə şikayət etməliyik ki?



-Bəs bu qədər valideyn hər gün bura gəlib-gedir, axı bu sistemin bir mahiyyəti də vətəndaşların işini asanlaşdırmaqdır.



-Biz bilmirik, sistem açılmır. Gedin sabah gəlin.



-Sabah sistem işləyəcək?



-Onu da deyə bilmərəm.



İçəridə əyləşən xanımla olan bu dialoqumuzun heç bir xeyri olmadığını görüb Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən sistemdə problem olduğunu, aradan qaldırılması istiqamətində iş aparıldığını söylədilər.



Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir.



Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dəkwww.mektebeqebul.edu.azsaytı vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılır. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılır.İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbuluQaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla).Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaqdır.


Teqlər:
Bu xəbər cəmi 1380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR