Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.
İyulun 04-də ayrı-ayrı yerlərdə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Küləkli hava 2 gün davam edəcək