Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tələbəsi ilə öpüşən müəllim məhkəməyə müraciət edir

Tələbəsi ilə öpüşən müəllim məhkəməyə müraciət edir


Bakının Nərimanov rayonundakı 45 saylı məktəbin ingilis dili müəllimi Ziyafət Nəbiyevanın 11-ci sinfi bitirmiş qız şagirdlə münasibətinə dair iddialar gündəmdən düşmür.



Hüquqlarının müdafiə olunması üçün Ziyafət Nəbiyeva “Təmiz dünya” ictimai birliyinə müraciət edib.



Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən birliyin sədri Mehriban Zeynalova bildirib ki, Z.Nəbiyevanın müraciətinə baxıblar:



“Ona məhkəməyə müraciət etməyi tövsiyə etdik. Hadisə barədə məlumat yayıldıqdan sonra məktəb direktorunun məsələyə münasibəti ilə tanış oldum. Direktor bildirir ki, görüntüləri valideynlər ona təqdim edib. Valideyn mühafizə edilən müəssisəyə-məktəbə videokameranı necə quraşdıra bilər? Bu qanunidirmi və direktor buna necə münasibət bəsləyir? Hər kəsin müdafiə hüququ var. Müəllim hüquqlarını müdafiə etmək üçün məsələni ictimailəşdirib. Direktor isə məsələnin araşdırılmasını gözləmədən müəllimi başqa məktəbdə işləməyə razı salmağa çalışıb. Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirlməsinə çalışır? Əminəm ki, həm nazirlik, həm də hüquq-mühafizə orqanları məsələni ciddi araşdıracaq”.



Məsələ ilə bağlı 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri vəzifəsində çalışan Vurğun Əyyub isə aşağıdakı münasibəti bildirib:



“Hesab edirəm ki, müəllimə-şagird münasibətləri haqqında yayılan video, direktorun iddiaları ciddi şəkildə araşdırılmalıdır. Direktor böhtan atıbsa, (buna şübhəm yoxdur ki, böhtandır) o, direktor cəzalandırılmalı, hətta müəllimlikdən uzaqlaşdırılmalıdır. Bu böhtan cəzasız qalacaqsa, gələcəkdə müəllim-şagird münasibətlərində böyük fəsadlar yaradacaq. Müəllimin şagirdlərinə, şagirdlərin müəllimlərinə sevgisi olmasa, o məktəbdən, təhsil-tərbiyədən nəticə gözləmək olmaz. Böhtan cəzasız qalacaqsa, bundan sonra müəllimlər şagirdlərə, şagirdlər müəllimlərinə qarşı hər zaman vasvası münasibət göstərəcək, bir-birilərinə qarşı şübhələrlə yanaşacaq, inamsızlıq olacaq. Müəllimlə şagird arasında inamsızlıq isə verilən təhsil və tərbiyənin mənasızlığına gətirib çıxaracaq”.



Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin birində sinif otağında müəllimə ilə şagirdin videosu yayılıb.



Video görüntüdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil olublar. Videogörüntüsü yayılan müəllimə Ziyafət Nəbiyeva bildirib ki, bu sadəcə olaraq müəllim-şagird münasibətidir. Video isə qışda ondan xəbərsiz otaqa quraşdırılan kamera vasitəsi ilə çəkilib. Z.Nəbiyeva bildirib ki, o, bütün şagirdlərini müəllim kimi sevir. Burada qeyri-adi heç nə yoxdur.



Məsələ ilə bağlı məktəbin direktoru Nazilə müəllimə isə videonun ona bu ay, bir valideyn tərəfindən təqdim olunduğunu söyləyib. O bildirib:



"Qeyd etdiyiniz məsələni mənə dünən təqdim ediblər. Bir valideyn fləşkartda həmin videogörüntünü mənə təqdim etdi. Orada elə kadrlar var ki, mən onları sizə göstərə, yaxud deyə bilmərəm. Müəllimə öz günahını başa düşdü və işdən öz ərizəsi ilə çıxmasına razılaşdı. İndi mətbuata müraciət edirsə, bu onun özünə qarşı bir çıxış oldu. Mən bununla bağlı nazirliyə müraciət edəcəyəm”.


Teqlər:
Bu xəbər cəmi 980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR