Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri AKP-li İsmet Yılmazın seçilməsinə münasibət bildirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir koalisiya anlayışının artıq çökdüyünü bildirib:
“Koalisiya anlayışı bu gündən etibarən çökdü. Bu anlayışın yox olmasına səbəb olan bütün millət vəkillərimizə təşəkkürümüzü bildiririk. Bu tablo son günlərdə, xüsusi ilə koalisiya müzakirələri çərçivəsində bəzi yanaşmaların nə qədər mənasız olduğunu ortaya çıxardı”.