Ramazan ayında oruc tutanlar ağızdan gələn xoşagəlməz qoxudan şikayətlənirlər. Bu isə birbaşa aclıqla bağlıdır.
“Qafqazinfo”nun məlumatına görə, diş həkimi Rəcəb Eşkar oruc tutanlar üçün ağız qoxusundan qurtulmağın yollarını açıqlayıb.
Bakteriya və yemək artıqlarını təmizləmək üçün dişlər, iftardan və imsakdan dərhal sonra mütləq fırçalanmalıdır və diş ipindən istifadə edilməlidir.
Mütləq dişlər ilə birlikdə dilin də fırçalanması lazımdır. Aparılan araşdırmalarda dişləri fırçalayaraq ağız qoxusunun 20 faizi, dili fırçalayaraq isə 80 faizinin aradan qalxdığı müşahidə edilib.
Ramazan ayı yay aylarına bərabər gəldiyi üçün xüsusilə soyuq və ilıq qidalara üstünlük verilməlidir. Amma bir istisna var ki, soyuq su ağız qoxusunu artırır.
İmsak vaxtı tərkibində soğan və sarımsaq olan qidalardan uzaq durun. İftarda və imsak vaxtı ətirli təbii içkilər, yaşıl çay, ada çayı və s. istifadə edilməlidir.