Azərbaycanda “Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə tanınmış arxitektor German Tilke bildirib.
“Biz Bakıda trassın layihələşdirilməsi prosesini başa çatdırmışıq. Amma Bakıda Avropa Oyunları keçirildiyinə görə işlərə başlaya bilmirdik. Onlar istəmirdilər ki, oyunların gur vaxtı şəhərdə böyük tikinti işləri getsin. Biz çox sayda xırda işlər görməliyik. Amma məhz belə işlər sonucda böyük vahid obyektə çevrilir”, - deyə Tilke bildirib.
Xatırladaq ki, gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.
O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək.