Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir “Bakı 2015” könüllülərindən yazdı

Nazir “Bakı 2015” könüllülərindən yazdı


“Bakı 2015 Birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində 18 mindən artıq tələbə könüllülərin də özünəməxsus yeri var. Bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbirin bağlanış mərasimində öz təşəkkürünü bildirdi. Bu tədbirdə iştirak edən bütün könüllülər həm də yeni keyfiyyətlər qazandılar”.







“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov öz rəsmi facebook səhifəsində yazıb.



Nazir könüllülərin fəaliyyətini yüksək qiymətləndirib:



“Ünsiyyət, təqdimat, təmsilçilik, komanda işi, həmrəylik və birgə əlaqələndirmə bu missiyanın ayrı-ayrı elementləri idi. Heç şübhəsiz ki, I Avropa Oyunlarında tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək.



Əziz könüllülər! Sizi ölkəmizin tarixində keçirilən ən böyük və möhtəşəm tədbirdə iştirakınız münasibətilə bir daha təbrik edir, uğurlar arzulayıram. Bu tədbir həm də ölkəmizin dünyaya böyük təqdimatı idi. Bu işdə əməyi olan hər bir şəxs sonsuz minnətdarlıq hissinə layiqdir. Əlbəttə ki, ilk növbədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva”.



Mikayıl Cabbarov bu gənclərin Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlarına əmin olduğunu qeyd edib:



“Azərbaycan prezidenti İlham Əliyev Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə çıxışında qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər:



“Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar”.



Əziz könüllülər! Könüllülük hissiyatınızla paylaşdığınız hər bir dəyər həm də ölkəmizin adına bir çalar, rəng miqyası əlavə edir. Bu miqyasda sizin - böyük könüllülər ailəsinin özünəməxsus imzası olmaqla gələcək Azərbaycanın sabahı görünür”.


Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR