Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

VHP Gənclər Təşkilatına yeni sədr seçildi

VHP Gənclər Təşkilatına yeni sədr seçildi


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının XI konfransı keçirilib. Konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və Ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak ediblər. 

Konfrans Azərbaycanın dövlət himninin və VHP marşının oxunması ilə başlayıb. VHP Gənclər Təşkilatının fəallarından olan Səlcuq Elçin konfransı açıq elan etdikdən sonra konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Rəhilə Məmmədovanın məlumatı, Gənclər Təşkilatının sədri Tural Hüseynlinin və Nəzarət Təftiş Qrupunun sədri Nəzrin Yusifovanın hesabatları dinləninib. Konfrans iştirakçıları ötən müddət ərzində təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. 

Hesabat çıxışlarından sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. Konfransı və VHP-çi gəncləri təbrik edən S.Rüstəmxanlı Gənclər Təşkilatının sədrliyinə namizədliyini irəli sürən gənclər haqqında da danışıb: “Namizədlərin doğum tarixləri partiyamızın yarandığı illərə təsadüf edir. Demək, gənclərimiz partiyanın hansı şəraitdə yaranması, həmin dövrdə ölkənin ictimai-siyasi durumu, müstəqillik yolumuz, SSRİ-dən qopması, müharibənin başlanması, müharibədəki itkilərimiz və s. barədə yalnız mətbuatdan və kitablardan bilirlər, əyani məlumatları yoxdur. Bu baxımdan ilk növbədə onları Vətəndaş Həmrəyliyi Partiyasının necə yaranması və keçdiyi yol haqda maarifləndirmək zəruridir. Düzdür, VHP GT-nin tədris mərkəzi var, gənclərimiz beynəlxalq tədbirlərdə, xüsusilə də Cənubi Qafqaz regionu üçün həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Ancaq bununla belə, hesab edirəm ki, o tarixin canlı şahidləri ilə təmasları daha da artırlamısınız”. Sabir bəy bildirib ki, VHP 1992-ci ildə Azərbaycanda çox ciddi qarşıdurmaların baş verdiyi, müharibənin ən gərgin vaxtında yaranıb. Millət vəkili o dövrün tarixi gedişatına qısaca ekskurs edib: “1988-ci ildə böyük xalq hərəkatı başlamışdı və 1.5 milyon insanın Azadlıq meydanına yığışdığı hərəkatı idarə edənlərdən biri idim. Digəri fəhlə Nemət Pənahlı idi və təəssüf ki, hazırda həbsdədir. Həmin meydanda ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin yaranması ideyası səsləndi və təxminən il yarımdan sonra biz Azərbaycan Xalq Cəbhəsini yaratdıq. Əslində Xalq Cəbhəsi bütün siyasi partiyaları öz içinə alan bir qurum idi, hətta kollektiv üzvlük məsələsi də mövcud idi. Məhz 1988-ci il hərəkatına görə Azərbaycan xalqını “İlin xalqı” elan etmişdilər. İndi SSRİ-nin öz-özünə dağılması və nəticədə Azərbaycanın da müstəqil olması barədə fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır. Çünki SSRİ-nin dağılmasında Azərbaycan Xalq Hərəkatının böyük rolu oldu. Belə ki, Qarabağ savaşı SSRİ-də separatizmin başlanğıcı oldu, bunun ardınca Abxaziya, Osetiya, Dnestryanı, Şimali Qafqazdakı proseslərə təkan verildi. Əslində, Mixail Qorbaçovu SSRİ-ni dağıtması niyyəti ilə göndərmişdilər, amma hər şey Qarabağdan başladı. Azərbaycan Xalq Hərəkatının daha bir rolu 1991-ci il avqustun 30-da müstəqillik bəyannaməsinin qəbul edilməsi oldu. Baxmayaraq ki, Azərbaycan xalqını mart referendumunda SSRİ-nin tərkibində qalmağa səs verməyə məcbur etmişdilər. Bundan əlavə, avqustun 23-də AXC qərargahına hücum etmişdilər, həmin ərəfədə Moskvada “QKÇP” deyilən bir qurum yaranmışdı. Ancaq bu cəhdlər uğursuz oldu, SSRİ-nin dağılmasının qarşısını almaq mümkün olmadı. Azərbayan Ali Soveti xalqın təkidi ilə 1991-ci il oktyabrın 18-də Müstəqillik aktını qəbul etdi. Müstəqillik aktına o zaman 42 deputat imza atmışdı. 1991-1992-ci illərdə xalq hərəkatından müəyyən partiyalar – Müsavat, Milli İstiqlal və s. ayrıldı. Həmin ərəfədə ölkədə separatçı hərəkat da başlandı. Ona görə də biz hesab etdik ki, vətəndaş həmrəyliyi ideyası xalqın gələcəyinə yönəlib, bu milləti xilas eləyə bilən yeganə ideyadır. Əgər bu gün Azərbaycanda vətəndaş həmrəyliyi siyasi leksikonda varsa, bizim yaratdığımız partiyanın sayəsində mümkün olmuşdur. Biz əslində tədrici inkişafın, siyasi sistemlərin seçki yolu ilə dəyişilməsinin tərəfdarıyıq. Biz həmrəylik deyəndə Azərbaycanın ayıq, müstəqil düşünməyi bacaran, bu millətə bağlı olan, onun ruhundan doğan və onun ruhunu yaşadan qüvvələrlə həmrəylik istəyirik”. VHP sədri vurğulayıb ki, bu illər ərzində partiya sabit, yüksələn bir yol keçib: “Biz bütün seçkilərdə iştirak etmişik, prezidentliyə namizədimiz olub və bu gün də ölkə parlamentində 3 millət vəkili ilə təmsil olunuruq. Avropa Parlamentində 2 millət vəkilimiz var. Mən İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında təmsil olunuram. Azərbaycanın siyasi həyatında VHP-nin öz yeri və çəkisi var. VHP bir müxalifət partiyasıdır, sağ-mərkəzçi partiyadır. Həmrəylik mərkəzə yaxın bir düşüncədir, ancaq SSRİ dövründə bu millətin beyinini o qədər təmizləyiblər ki… Ona görə də ideoloji baxımdan millətci, sağçı olmalıyıq. Kosmopolit, nihilist, özünü bəyənməmək, köksüz düşüncənin yerinə bir millətçi, Azərbaycan türkçülüyünün ənənələrini ortaya qoyan təfəkkür gəlməsəydi, heç bir iş görmək olmazdı. Ona görə də biz sağ-mərkəzçi partiyayıq və o xətlə də davam edirik”. Daha sonra Sabir Rüstəmxanlı gənclərə dövlətimizin çağdaş siyasəti haqqında danışaraq bildirib ki, Azərbaycan qərbyönümlü siyasət yürüdür və dünyaya inteqrasiya olunur: “Əlbəttə, Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlar var. Ancaq Azərbaycan cəmiyyətində ədalət olmalıdır, hüquq işləməlidir, məhkəmələr azad olmalıdır, jurnalistlər həbs edilməməlidir, fikir azadlığı olmalıdır. Qərb də bizdən bunu istəyir. Xaricdə təhsil alan gənclərimiz ölkəyə qayıdanda iş tapa bilmirlər, tapdıqları iş də çox aşağı maaşla olur. Ona görə də təhsil aldıqları ölkəyə geri dönmək istəyirlər. Halbuki gənclər bu millətin gələcəyidir, biz öz övladlarımıza biganə qala bilmərik. Gəncliyə qanad, cəsarət vermək lazımdır. Belə olmasa, sabah savaşa kimlə gedəcəyik? Gənclərimiz lazım gələrsə bir arada olmağı bacarmalıdırlar və sözlərini də deməlidirlər. Gənclərimiz böyük vətəndaşlıq məktəbi keçməlidirlər. VHP gəncləri həm əxlaq, həm mədəniyyət, həm adət ənənələri yaşatmaq, həm də savad baxımından nümunə olmalıdırlar. Əgər gənclərimiz arasında ciddi fikir ayrılıqları yoxsa, siyasi partiyalara görə bölünməsini deyil, daimi bir yerdə olmasını istəyirəm. Çünki hazırda ölkənin gələcəyi ayrı-ayrı partiyalardan deyil, bizim milli birliyimizdən, elə həmrəyliyimizdən asılıdır. Gənclər Azərbaycanın gələcəyi üçün bir yerdə olmalı, mübarizə aparmalı və onu idarə etməlidirlər. Gənclərimizin içindən sabahın liderləri yetişməlidir. Bu gənclərin içindən ölkənin prezidenti, baş naziri, nazirləri və onu dünyada təmsil edə bilən adamlar çıxmalıdır”. 

VHP sədrinin geniş çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Partiyası Gənclər Təşkilatının nümayəndəsi Əbülfəz Sadıqbəyli, N!DA-dan Məsud Əsgər, Azad Gənclik Təşkilatından Xəyal Kərimli də öz təbriklərini konfrans iştirakçılarına çatdırdılar. 

Çıxışlar bitdıkdən sonra konfrans gündəlik üzrə öz işinə davam edib. Bu il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən Fuad Abdurahmanlının xatirəsini əbədiləşdirmək üçün konfrans iştirakçıları “Türküstan” qəzeti ilə birgə “Fuad Turan” mükafatının təsis olunmasına qərar verib. Bu məqsədlə 3 nəfərdən ibarət təşkilat komitəsi təsis edilib. 

Daha sonra təşkilatın sədrliyinə namizədlər Amal Nəzərli, İnqilab Quliyev, Eldar Hacıyev və Turan Mirzə öz seçki platformalarını elan edib, konfrans iştirakçılarının suallarını cavablandırdılar. 

Sonda gizli səsvermə keçirilib və Amal Nəzərli VHP Gənclər Təşkilatının sədri, 19 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR