Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a bildirilib ki, iyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 29-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.