Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oruc tutanlara xəbərdarlıq

Oruc tutanlara xəbərdarlıq
Türkiyəli nevropatoloq Ahmet Sarıalp ramazan ayı ərzində yuxu sistemindəki dəyişiklik haqqında məlumat verib. Milli.Az publika-ya istinadən bildirir ki, Əhməd Sarıalp ramazan ayında oruc tutan insanların yuxu qaydalarında müəyyən dəyişikliklərin ortaya çıxdığını söyləyib. Həkim bildirib ki, imsakdan sonra yatmamağa səy göstərmək lazımdır. Çünki imsakdan sonra yatıb yenidən qalxdıqda bədənin bütün ritmi pozulur. Bu, xüsusi ilə işə gedən şəxslər üçün çətinlik yaradır. Doktor Sarıalpın sözlərinə görə, aparılan araşdırmalarda yay aylarında yuxu müddətinin 2 saat qısaldığı məlumdur. Bu səbəblə ramazan ayında oruc tutan insanların yuxu sistemlərində də dəyişikliklər baş verir: "İmsakda qalxan insanların yuxuya getmə prosesi uzanır, ümumi yuxu müddəti isə azalır. Buna görə də insanlar səhərlər yorğun olaraq oyanırlar. Yuxu bütün günün necə keçməsinə təsir göstərir". Doktor Sarıalp bu xəbərdarlıqlar edib: İmsakdan sonra oyaq qala bilmirsinzisə, daha yüngül yemək yeyin. İftardan sonra və yatmazdan əvvəl ən az bir saat dincəlməlisiniz. İftar saatından sonra çay, qəhvə və siqaret yuxu sisteminə ciddi şəkildə təsir göstərir. Ona görə də bitki çayları içilməlidir.

Teqlər:
Bu xəbər cəmi 750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR