Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə parallel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolütürücülərinin tikintisi planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.
Yolun tikintisinə yaxın vaxtlarda başlanacağı gözlənilir.