Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nə Ramil Usubovun, nə də Zakir Qaralovun o şəxsə təsir etmək imkanları yoxdur”

“Nə Ramil Usubovun, nə də Zakir Qaralovun o şəxsə təsir etmək imkanları yoxdur”


 



Moderator.az-ın əməkdaşı ölkənin ən məhşur hüquqşünaslarından biri, VHP sədri Sabir Rüstəmxanlının qardaşı, barəsində qaldırılmış cinayət işinə görə ölkəni tərk etmək məcburiyyətində qalan Əlövsət Əliyevə bir neçə sualla müraciət edib. Xatırladaq ki, bir neçə gün öncə Əlövsət bəyin də adının keçdiyi cinayət işiylə bağlı məhkəmə prosesi başlayıb və ittiham olunanlar Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşı və 4 övladının ölkəni qanunsuz tərk etməsinə kömək göstərilməsinə görə bir sıra maddələrlə məsuliyyətə cəlb edililərək barələrində həbs qətimkan tədbiri seçilib, Əlövsət Əliyevsə həbsdən qurtulmaq üçün ölkəni tərk edərək mühacirətə gedib...


 


Yeri gəlmişkən, bir neçə gün öncə Sabir Rüstəmxanlı da mətbuata açıqlamasında belə bir fikir işlədib ki, qardaşının ittiham edilməsiylə bağlı nazir Ramil Usubovla görüşsə də onun bu işdə günahı olmadığı qənaətindədir. Dolayısı ilə millət vəkili etiraf edib ki, Ramil Usubovun Emin Şəkinskiyə təsir etmək, iddiasından çəkindirmək imkanı yoxdur...


 


"Sabir bəyin Sizinlə bağlı açıqlamasından belə çıxdı ki, bu işdə Ramil Usubovun da günahı və hansısa formada proseslərə təsir etmək imkanı yoxdur. Məgər o öz işçisinə-hətta İlham Əliyevin sinif yoldaşı olmuş olsa belə - təsir edə bilmirmi? Bəs Gülnarə xanım son olaylardan sonra niyə çıxıb bir neçə cümlə ilə də olsa Sizi müdafiə etmədi? Olmaya mühacirətdə də keçmiş ərindən qorxur? Ümumiyyətlə, bir peşəkar hüquqşünas kimi bu işin gələcək perspektivini necə proqnozlaşdırırsınız?"


 


Əlövsət bəyin cavabını təqdim edirik:


 


"Sabir müəllimin müsahibəsi həqiqətə tam uyğundur. Həqiqətən Ramil Usubovun o şəxsə təsir etmək imkanları yoxdur. Heç Zakir Qaralovun da buna imkanı yoxdur. Mən nə Sabir Rüstəmxanlıdan, nə Ramil Usubovdan, nə Zakir Qaralovdan, nə də ölkə başçısından mənə komək ücün xahiş etməmişəm. Mən qardaşıma demişəm ki, əmin ol ki, mən cinayət törətməmişəm və istəyirsənsə özün də maraqlan və irad da tutmuşam ki, mən 25 illik təcrübəyə malik hüquqsünas, Sabir Rüstəmxanlının qardaşı özümü müdafiə imkanlarına malik deyiləmsə, bəs camaat nə etməlidir? Digərlərinə də xahiş etmişəm ki, işin obyektiv araşdırırlmasına şərait yaratsınlar. Lakin heç birinin Şəkinskinin qanunsuz göstərişlərinin qarşısını almaq imkanı yoxdursa bunun adı özbaşınalıqdır. Şəkinski elə şərait yaradıb ki, bu işlə baglı qanunsuz həbs olunan insanları vəkillər də müdafiə etməkdən imtina edirlər. Və bu vəkillərə olan təqiblər və hədə - qorxularla baglıdır.


 


Gülnarə xanımın da müdafiəsinə mənim ehtiyacım yoxdur. Amma onun nə zamansa baş verənlərər münasibət bildirəcəyinə əmənəm. Həm də Gülnarə xanımın bu gün xaricdə sığınacaq alması faktı mənim dediklərimə sübutdur. Mənim onun  haqqında yazdıqlarım səhv olsaydı ona heç bir ölkə qaçqın statusu verməzdi. Bu qədər özbaşınalıq edən Emin Şəkinskidən Gülnarə xanım necə qorxamaya bilər? Axı bu işin sadəcə insanlıq edib, mətbuata cıxarmadıgımız cox tərəfləri var."

Teqlər:
Bu xəbər cəmi 1240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR