Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AMEA-nın doktorantura pilləsinə qəbulun yeni şərtləri açıqlanıb

AMEA-nın doktorantura pilləsinə qəbulun yeni şərtləri açıqlanıb


"Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul olmaq istəyənlər test üsulu ilə imtahan verəcəklər. Akademiyanın Rəyasət Heyəti bu ilin martın 4-də məsələ ilə bağlı qərar qəbul edib". Bunu "Report"a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.



Akademiyanın bu ildən doktoranturaya qəbul üçün qoyduğu yeni tələblərdən danışan Ə.Sadıqovun sözlərinə görə, qəbula hazırlıq işləri gedir: "AMEA-nın bütün elmi müəssisələri ixtisas fənləri üzrə testlərin və yeni proqramların hazırlanması işini oktyabrın 1-də başlayıb 15-nə kimi bitirməlidir. Sualların sayı proqramlardan asılı olaraq dəyişəcək. İlkin olaraq 300-500 sual hazırlanması nəzərdə tutulub. Proqrama görə sualların sayının artırılacağı istisna deyil. Amma proqram həm bakalavr səviyyəsində oxuyan tələbələrin, həm də onların magistraturada aldıqları biliklərə əsasən hazırlanmalıdır. Buna görə də test üçün hazırlanacaq suallar proqramdan kənara çıxmamalıdır. Təbii ki, bəzi istisnalar ola bilər".



İdarə rəisi bildirib ki, bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalıdırlar: "Artıq beynəlxalq dil mərkəzlərindən biri olan GRBS ilə müqavilə imzalamışıq. Yaxın günlərdə doktorant və dissertantlarla görüşümüz olacaq. Həmin mərkəzdən olan nümayəndə imtahanların necə təşkil olunması və məzmunu barədə onlara ətraflı məlumat verəcək. Hətta mərkəz əlavə hazırlaşmaq istəyənlərə müəyyən güzəştli şərtlərlə kurs təşkil etməyi öz üzərlərinə öhdəlik kimi götürüb".



Doktoranturaya qəbulun nə vaxt aparılacağına gəlincə, Ə.Sadıqov deyib ki, proqramı Nazirlər Kabineti təsdiqləməlidir: "Artıq bununla bağlı plan layihəsi hazırlanıb. Bütün nazirlik və ali təhsil müəssisələrdən təkliflər toplanılıb və AMEA-ya təhvil verilib. Hazırda həmin təkliflərə baxılır və bunun əsasında 2015-2016-cı tədris ili üçün doktoranturaya qəbul planının layihəsi hazırlanacaq və 1-2 həftə ərzində Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti də həmin planı təsdiq edib bizə qaytaracaq və bu, bütün nazirliklərə göndəriləcək. Bunun əsasında da yəqin ki, oktyabrda elan veriləcək. Sənədlərin qəbulu 1 ay çəkir. Bu da o deməkdir ki, noyabr ayında qəbul imtahanları keçiriləcək. Lakin doktorluq minumumları üzrə sessiyanı dekabr ayına təyin etmişik".



Yeni şərtlərin o qədər də asan olmadığını etiraf edən AMEA-nın İdarə rəisi vurğulayıb ki, ilk il üçün sənəd verənlər az ola bilər: "Bunu da nəzərə almışıq. Amma akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, hazırlıq səviyyəsi kifayət qədər olmayan doktorantı sadəcə say xətrinə saxlamaqdansa, daha yüksək hazırlıqlı kadrlar olmalıdır. Eyni zamanda, bütün universitetlərin vəzifəsi diplom istehsal edib paylamaq deyil. Odur ki, real vəziyyətin o qədər də ürəkaçan olmadığının fərqindəyik. Bilirik ki, hazırda universitetlərimizin magistratura səviyyəsini bitirən məzunların xarici dil bilikləri yüksək səviyyədə deyil. Lakin indiki tələbdən aşağı tələb də qoya bilmərik. Doktorantura təhsilin ən sonuncu pilləsidir. Əgər bu il qəbul şərtlərini az insan ödəsə, o zaman gələn il üçün bu məsələ aradan qaldırılacaq. Amma hesab edirik ki, bakalavr universitet illərindən gələcəkdə elmlə məşğul olmağı qarşısına məqsəd qoysa onda universitetdə öz vaxtını hədər keçirtməyəcək, həmin vaxtdan hazırlaşmağa başlayacaq". 


Teqlər:
Bu xəbər cəmi 810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR