Azərbaycan sablyaçıları I Avropa Oyunlarında qılıncoynatma üzrə komanda yarışlarında beşinci yeri tutublar.
AzVision.az-ın məlumatına görə, 5-6-cı yer uğrunda görüşdə Səbinə Mikina, Sevinc Bünyatova və Sevil Bünyatova polşalı sablyaçılara 45-41 hesabı ilə qalib gəliblər.
Azərbaycanlı şpaqaçılar 5-6-cı yer uğrunda görüşdə Macarıstana 37-45 hesabı ilə uduzublar.
Qeyd edək ki, bu növdə qızıl medal uğrunda Ukrayna və İtaliya idmançıları qarşılaşacaqlar.