Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“…QEYRİ-KONSTRUKTİV YOL TUTAN JURNALİSTLƏR DƏ VAR”

“…QEYRİ-KONSTRUKTİV YOL TUTAN JURNALİSTLƏR DƏ VAR”
Əflatun Amaşov: “Mətbuat Şurasına hər hansı bir müraciət daxil olarsa…” Azərbaycanda keçirilən Avropa Oyunları mətbuatda geniş şəkildə işıqlandırılır. Hansı ki, belə yarışlar dövlət əhəmiyyətli tədbirlərdir və ilk növbədə Azərbaycanın bir dövlət olaraq imicinin yüksəlməsinə xidmət edir. Amma ölkə mətbuatında bu oyunlar əleyhinə olan yazılara da rast gəlinir. Görəsən, Mətbuat Şurası həmin oyunlar əleyhinə yazanlarla bağlı olaraq hər hansı bir tədbir görəcəkmi? Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, quruma bu istiqamətdə müraciət daxil olarsa, araşdırma əsasında müvafiq qərarlar da veriləcək: “Oyunlarla bağlı olaraq Mətbuat Şurası jurnalistlərə öz tövsiyyələrini verib. Jurnalistlərə tövsiyyə etmişik ki, ilk Avropa Oyunlarının daxildə və xaricdə Azərbaycanın imicinin formalaşması ilə bağlı ölkəmizə hansı faydalar verdiyinə və onun Azərbaycanın inkişafında oynadığı rola daha çox diqqət çəksinlər. Bəzi məqamlarda həqiqətən də oyunlarla bağlı müəyyən diskussiyaya səbəb ola bilən yazılar da gedib. Bu istiqamətdə peşə davranış qaydalarına sığmayan yazılara da rast gəlinir. Bütün hallarda öncə bu kimi məsələlərdə jurnalistlərə tövsiyə verməyi əsas götürürük. Zənnimcə artıq Azərbaycan jurnalistləri bu sahədə artıq üzərlərinə düşən missiyanı kifayət qədər layiqincə həyata keçirə bilirlər. Bəzi məqamlarda bilərəkdən, ya bilməyərək müəyyən qüsurlarla rastlaşırıq, amma bu hal da tez zamanda aradan qaldırılır. Təəssüf ki, bilərəkdən Avropa Oyunları ilə bağlı məsələdə qeyri-konstruktiv yol tutan jurnalistlər də var. Bu məsələ ilə bağlı Mətbuat Şurasına hər hansı bir müraciət daxil olarsa, qurum onu araşdıraraq, müvafiq qərarlarını da çıxaracaq”.

Teqlər:
Bu xəbər cəmi 1205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR