Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət gizlədilən 40 milyonun təftişinə başladı – “Parabank” və “Kia”da yoxlama (Sənəd)

Dövlət gizlədilən 40 milyonun təftişinə başladı – “Parabank” və “Kia”da yoxlama (Sənəd)


Bir neçə gün əvvəl “Parabank” və “Kia Motors” MMC-nin müştərək cinayəti barədə sensasion məlumat dərc etmişdik. 

Bildirmişdik ki, “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu "Parabank"ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb. 



Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib (guya, özünə 8 bıçaq zərbəsi vurub).



Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb. (Həmin yazını BURADANoxuya bilərsiniz).



AzNews.az-a daxil olan məlumata görə, hər iki qurumda Vergilər Nazirliyi də böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.



Bu arada Vergilər Nazirliyinin həqiqətən də “Parabank” və “Kia Motors” MMC-də yoxlamalar apardığını əks etdirən sənəd eldə etmişik. Bu sənəd hər iki qurumdan şikayət edən vətəndaşa göndərilən rəsmi cavabdır. Göründüyü kimi məktubda hər iki qurumda uzun müddətli yoxlamalara başlanıldığı qeyd olunur.







Qeyd edək ki, məsələ ilə bağlı daha ciddi məqamlar var. “Parabank”ın özəl şirkətlə birləşərək dövlətə qarşı cinayət törətməsi, gizlətdiyi milyonlarla pulun taleyi və eləcə də bu işlərlə bağlı baş verən dəhşətli cinayətlərin təfərrüatları barədə növbəti günlərdə geniş məlumat verəcəyik.


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR