Azərbaycan Rusiyanın "Qazprom" şirkətinə qaz almaq üçün müraciət edib.
AzVision.az-ın xəbərinə görə, bunu "Qazprom"un rəhbəri Aleksey Miller keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana qaz nəqli artıq bu ildən başlaya bilər:
“Bizim azərbaycanlı həmkarlarımız xahiş ediblər ki, ən yaxın zamanda Rusiyadan Azərbaycana qaz göndərək. Çünki, Azərbaycan iqtisadiyyatı böyüyür, daxili tələbat artır. Burada söhbət orta-uzun müddətli saziş əsasında ildə bir neçə milyard kubmetr qazın nəqlindən gedə bilər. Qaz nəqli bu ilin sonuna qədər başlaya bilər”.
A.Miller bəyan edib ki, ilin sonuna kimi Azərbaycandan Rusiyaya qaz ixracı barədə saziş qüvvədədir. Amma saziş çəçivəsində qaz nəqli gerçəkləşdirilmir. Qaz nəqli hələ keçən ilin ortalarından dayandırılıb.