Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın nazirliyin saytına istinadən məlumatına görə, həmin şəxs xilasediciləri tərəfindən xilas edilib.
Bakı şəhəri, Qaradağ rayonunda da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub. Həmin şəxs də xilas edilib.