Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Məktəbə yarıçılpaq gələn müəllimələr var”

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi nəzərdə tutulub. Bununla əlaqədar “Media forum” saytına açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü deyib ki, etik davranış qaydalarında müəllimin geyimi, şagirdlərlə, valideynlərlə münasibətinin forması əksini tapmalıdır. Ekspert vurğulayıb ki, ölkədə şagirdə münasibət dəyişməlidir: “Bəla burasındadır ki, bizim bəzi müəllimlər şagirdə hələ də bir obyekt kimi baxır, onun söz demək, müzakirə aparmaq haqqını tapdayır. Bu da şagirdi aqressivləşdirir”. Məlahət Mürşüdlü qeyd edib ki, etik qaydaları pozan müəllim cəzalandırılmalıdır: “Müəllimin şagirdlə qeyri-etik davranmasına, ona fiziki güc tətbiq etməsinə son qoyulmalıdır. Qeyri-etik davranan, şagirdə zor tətbiq edən müəllimin ya əmək haqqından kəsilməli, ya da o, kollektiv qarşısında qınanmalıdır”. Etik qaydalarda müəllimin geyim qaydasının xüsusi qeyd olunmasını vacib sayan Məlahət Mürşüdlü deyib: “Bir çox halda müəllim evində nə qədər qızıl-zinət əşyası varsa, taxıb dərsə gəlir. Məktəbə yarıçılpaq şəkildə gələn, o cümlədən bədənində döymə olan müəllimlər də var”. Məlahət Mürşüdlü bildirib ki, müəllimlər dərs zamanı heç bir halda mobil telefondan istifadə etməməlidir: “Bu, qadağan olunmalıdır. Müəllimin dərs zamanı telefonla danışması şagirdlər üçün yaxşı nümunə deyil”. Müəllimlərə verilən hədiyyələrə gəlincə, ekspert deyib: “Şagird çox sevdiyi müəlliminə Müəllimlər Günündə bir kitab, ya da bir çiçək hədiyyə edərsə, bunu qəbul etmək olar. Ancaq məcburi qaydada şagirdə, ya da valideyə hansısa bəxşiş aldırmaq müəllimin şərəfli peşəsinə yaraşmayan bir hərəkətdir”.

Teqlər:
Bu xəbər cəmi 2030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR