Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bu yer indiyәdək bizdәdir...”- Azad Rəhimov

“Bu yer indiyәdək bizdәdir...”- Azad Rəhimov


“Birinci Avropa Oyunlarında idmançıların bacarıq səviyyəsi yüksəkdir və onlar böyük əzmkarlıqla calışırlar”. 



 



Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.



Nazir bildirib ki, yarışlarda Azərbaycan yığma komandası 2-ci yerdədir. İlk dördlükdə Azərbaycanla yanaşı, Rusiya, Almaniya və Böyük Britaniya var: "I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır. Azәrbaycan reytinqdә 2-ci yerdә qalib. Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır".



A.Rəhimov könüllülərin işindən də razılıq edib: "Biz onlara təşəkkürümüzü bildiririk ki, onlar bütün günü çalışırlar. Onların bütün işlərdə köməyi çoxdur".



Nazir qeyd edib ki, yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır: "824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq".


Teqlər:
Bu xəbər cəmi 1430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR