Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili çağırış etdi

Millət vəkili çağırış etdi


Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün təşkilatı Ermənistana təzyiq etməyə çağırıb. "İkili standartlara son qoyun" deyən millət vəkili AŞ PA-nı Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərə qarşı etiraz səsini ucaltmağa çağırıb. 



 



Qafqazinfo”nun məlumatına görə, bu gün AŞ PA-da "Azad müzakirələr" zamanı Q.Paşayeva çıxış edərək AŞ PA-ya azərbaycanlı girovların ailələrinin çağırışını səsləndirib. O deyib: "Biz ötən sessiyada da bu məsələni qaldırmışdıq, baş katib cənab Yaqland da Assambleyada suallarımıza cavab verən zaman bu məsələnin həlli istiqamətində çalışdığını vurğulamışdı, amma bu günə qədər Ermənistan girov saxladıqları azərbaycanlı məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etmirlər. 



Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurası tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız".



Millət vəkili AŞ PA-da Ermənistan silahlı qüvvələrinin ön cəbhə bölgələrində mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞ PA-ya səslənərək "İkili standartlara son qoyun və qurumun prinsiplərini pozan Erministana bu cinayətlərə son qoyması üçün təzyiq göstərin" deyə çağırış edib: 



“Mən Azərbaycanın Ermənistanla sərhəd bölgələrindən biri olan Tovuz rayonundan millət vəkili seçilmişəm. Ermənistan silahlı qüvvələri sivil insanlara qarşı törətdiyi cinayətlərə görə beynəlxalq təzyiqlərin olmadığını görərək bu əməlləri davam etdirir. 



Mənim seçim bölgəmdə Ermənistan SQ silahlardan atəş açaraq Əlibəyli kənd sakini Nəbiyevlər ailəsinin evini tamamilə yandırıblar. Sivil insanların hədəfə alınmasına qarşı Assambleyamız etiraz səsini ucaltmalıdır. Assambleyamız öz evinə dönə bilməyən 100 minlərlə azərbaycanlı məcburi köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən pozulan hüquqlarına laqeyd yanaşmamalıdır. Bu məsələlərə ciddi önəm verməlidir. 



Avropa Şurası Parlament Assambleyası hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq, insanların evlərindən qovulması, evlərinə dönməsinə imkan verilməməsinə qarşı sərt mövqe ortaya qoymalı, o insanların pozulan haqlarını müdafiə üçün bütün təsir və təzyiq mexanizmlərinə əl atmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 1080 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR