Unibank 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, vətənə xidmət etməyi şərəf bilən hərbçilərimiz başda olmaqla, hər birinizi təbrik edir!
Bayramla əlaqədar olaraq, bank hərbçilər üçün xüsusi kampaniya keçirir. İyulun 1-dək davam edən kampaniya çərçivəsində hərbçilər Unibank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edə bilərlər. Bu xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.
0% komissiyalı nağd kredit kampaniyası çərçivəsində Unibanka müraciət edən dövlət qulluqçuları da, komissiyasız nağd kredit götürmək imkanı qazanırlar.