Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Amerikalı jurnalisti Bakıda nə heyrətləndirib?

Amerikalı jurnalisti Bakıda nə heyrətləndirib?


Amerikalı jurnalist Devid Farli bu yaxınlarda Bakıda səfərdə olub. O, Bakı təəssüratlarını “The New York Times”da oxucularla bölüşüb.

Məqalə müəllifinin diqqətini çəkən əsas məqamlardan biri Bakıda turistlərin azlığı olub. Oxuculara Xəzərin sahilində yerləşən bu şəhər haqda məlumat verən Farli burada 2010-cu ilin sentyabrında ucaldılan ən hündür bayraqdan yazır: “Azərbaycan məmurları fəxrlə deyirdilər ki, Bakıda dünyanın ən hündür bayrağı ucaldılıb. Bu bayraq hündürlüyünə görə Cənubi Koreya və Türkmənistandakı bayraqları da geridə qoyub. Amma çox keçmədi ki, Tacikistan bu məsələdə Azərbaycanı geridə qoydu – daha hündür bayraq ucaltmaqla…”

Azərbaycan tarixinə ekskurs edən Devid Farli yazır ki, burada XIX əsrin ikinci yarısında “qara qızıl” tapılıb. Nobel qardaşlarının Bakıdakı fəaliyyəti, Sovet Ittifaqının Azərbaycanı işğal etməsi və 1991-ci ildə ölkənin yenidən müstəqilliyinə nail olmasından da bəhs edən amerikalı jurnalist onu da qeyd edir ki, son 150 ildə Bakıda ikinci neft bumu yaşanır və ölkəyə böyük pullar daxil olur: “Azərbaycan cənubdan Iranla, şimaldan isə Rusiya ilə qonşudur. Onu həm də Şərq və Qərb arasında bir körpü də saymaq olar. Əhalisi əsasən müsəlmanlardır. Burada sürətli dəyişikliklər baş verir. Son il yarımda 6 lüks otel açılıb. Mən onlardan birində – ”Four Seasons”da qaldım. Bakının görünüşü elədir ki, insan ora getmək istəyir. Bakının mərkəzində orta əsrlərdən qalma divarlar var, şəhərin mərkəzi Parisdəki tikililərə bənzər binalar, palma ağacları və xüsusi dizaynlı mağazalarla əhatələnib. Dənizkənarı ərazi bulvar adlanır. Bütün bunlara baxmayaraq, əslində, heç kim Bakıya gəlmir. Burada 2012-ci ildə “Eurovision” musiqi yarışması keçirildi və bununla da hər şey bitdi”.

Müəllif həmçinin Azərbaycana səfər etmək üçün viza almağın çətinliyindən, burada qiymətlərin baha, xidmətin səviyyəsinin isə aşağı olmasından şikayətlənir: “Azərbaycana səfər etmək üçün viza almaq çətindir. Burada qiymətlər çox yüksək, xidmətin səviyyəsi isə aşağıdır”.

Ölkənin siyasi hakimiyyəti də müəllifin diqqətindən kənarda qalmayıb: “Bu ölkənin prezidenti Ilham Əliyevdir. Burada bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa 2009-cu ildə referendum yolu ilə aradan qaldırılıb, özü də 92 faizlik səslə. Hazırkı prezidentdən əvvəl isə onun atası Heydər Əliyev bu ölkənin prezidenti olub. Onun şəkillərinə Bakının hər yerində böyük reklam lövhələrində rast gəlmək olar. Bu da belə bir təəssürat yaradır ki, ”sağ olub-olmamasından asılı olmayaraq, əziz lider həmişə bizə baxır”.

Devid Farli “Azərbaycanın boş paytaxtı sizin gəlişinizi gözləyir” başlıqlı məqaləsini belə tamamlayır: “Əgər yenidən Azərbaycana qayıtmaq imkanım olsa (yaddan çıxarmayın, viza almaq həddindən artıq çətindir), baxardım ki, ölkədə ötən bir neçə ildə nə dəyişib? Yəqin ki, o vaxta məşhur bayraq, dünyada hündürlüyünə görə beşinci, altıncı yerə düşər. Bəlkə bir neçə turist də görərəm…”


Teqlər:
Bu xəbər cəmi 2385 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR