Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hicabımı şouya çevirməyin”

“Hicabımı şouya çevirməyin”
Az müddət əvvəl geyim tərzini tamamilə dəyişib hicaba üstünlük verən Xuraman Şuşalı bu vaxta qədər çəkdirdiyi kliplərinin yayımına qadağa qoyduqdan sonra, bir də başıaçıq şəkillərinin saytlardan yığışdırılmasını tələb etdi. Hətta müğənni kim həmin fotolardan istifadə edərsə, bunu onlara haram etdiyini söylədi. İndi də informasiya saytlarına müsahibə verməyi özünə yasaqlayıb, amma müvəqqəti.


Simsar.az-a açıqlama verən Xuraman bunu hicab geyiminə yeni keçməsi ilə əlaqələndirdi: “Bilirəm, hicab geyinməyim çoxları üçün gözlənilməz oldu. Amma mən bunu heç kimi təəccübləndirmək üçün deyil, Allah xatirinə geyinmişəm. Əslində, bunu çoxdan etməli idim. Sadəcə bir az cəsarətsiz idim. Amma özümə tam əmin olduqdan sonra bunu ciddi şəkildə həyata keçirdim. Əsla peşman deyiləm, əksinə, çox rahatam. Hətta bu qədər gec olduğuna hardasa üzgünəm. Amma ən düzünü bilən Allahdır. Şükür olsun”!



Söhbətin sonunda müğənni üzünü hər kəsə tutub “Nə olsun ki, müğənniyəm? Amma qadın, xanım və anayam. Buna görə də hər kəsdən xahiş edirəm, hicab geyinməyimi kimsə şouya çevirməsin. Bu, böyük günahdır. Bu səbəbdən də hələ ki, heç bir sayta, jurnala müsahibə vermək istəmirəm. İnsanların gözü alışana qədər belə davam edəcək”-deyib, hər kəsin onu anlayacağına ümid etdi.


Teqlər:
Bu xəbər cəmi 1680 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR