Fins.az rus mətbuatına istinadən günü 100 avrodan ucuz ən yaxşı dizayner hotellərini təqdim edir:
1) “Not Hotel” – Niderlandın paytaxtı Amsterdamda yerləşir. Amma bu, oteldən çox 12 otaqlı azad yaradıcılıq nümunəsidir. Qonaqlara “Yuva”, “Böhrandan azad zona”, “Əl ilə çəkilmə ev”, “Amsterdam tramvayı” və digər yaşayış konseptləri təklif olunur. Qiymətindən əlavə, “Not Hotel” velosiped kirayəsi qiymətləri ilə də qonaqları sevindirir.
2) “XVA Art Hotel” – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. Buranın gecəsi muzeyi xatırladır. Hotelin lobbi və qalereyalarında yaxın şərqin müasir incəsənət nümunələri yer alıb. Qonaqlara 13 unikal nömrədən birində qalmaq imkanı verilir. Yerli koloriti hesabına hotel “Wallpaper” estetik bələdçisinin reytinq cədvəlinə düşüb.
3) “Hotel Muse Bangkok Langsuan — MGallery” – Tailandın paytaxtı Banqkokda yerləşir. Butik otellərin çoxundan fərqli olaraq, 5 ulduzlu “Hotel Muse”-un dizaynında müasir incəsənət elementlərindən istifadə olunmayıb. Burada sırf Tailandın tarixində “qızıl dövr” adlandırılan XIX-XX əsrlərin memarlıq nümunələrinə rast gəlmək olar.
4) “Kybele Hotel” – Türkiyənin İstanbul şəhərində yerləşir. İstanbulun əsas gəzməli yerlərinin yaxınlığında olan bu kiçik oteli qədim mağazalarla səhv salmaq olar. Otelin tavan və divarları böyük imperiyanın yaradıcılıq mirası ilə bəzədilib. Yeri gəlmişkən, xoşunuza gələn əşyaları sonuncu mərtəbədə yerləşən incəsənət güşəsində almaq da mümkündür. Burada otelin sahibi məşhur qonaqları şəxsən qəbul edir.
5) “Room Mate Laura” – İspaniyanın paytaxtı Madriddə yerləşir, şəhərin 17 ən yaxşı hotelindən biridir. Otel sahibləri qonaqlara sirli Lauranın kimliyi haqqında danışırlar. Ucuzluqdan əlavə, “Room Mate Laura” divarlarındakı incəsənət nümunələri və ətrafındakı gözəl parklarına görə də sevilir.
6) “The Mansion Resort Hotel & Spa” – İndoneziyanın Ubud şəhərində yerləşir, hər kvadrat metrə düşən heykəl, tablo və batik nümunələrinin sayına görə seçilir. Dəbdəbəli otaqlardan əlavə, oteldə bir neçə spa salonu və cəngəllikdə yerləşən hovuzu da var.
7) “Nhow” – Almaniyanın paytaxtı Berlində yerləşir, “ilk musiqili otel” hesab olunur. Otelin bütün nömrələrinin pəncərəsi çay mənzərəsinə açılır. Otel həmçinin Berlinin məşhur “S-Bahn” elektik qatarlarının keçmiş emalatxanasının qonşuluğunda yerləşir.