Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda iş adamı ikinci dəfə saxlanıldı

Azərbaycanda iş adamı ikinci dəfə saxlanıldı


Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayıb. 



 



Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumata görə, bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-in prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.



Onun barəsində ötən həftənin cümə günü Nərmianov Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.



Məhkəmədəki mənbələrdən məlum olub ki, iş adamına Cinayət Məcəlləsinin 178.2-ci (iri məbləğlərdə dələduzluq) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.



Xatırladaq ki, Həsən Şərifov və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev Beynəlxalq Banka kredit borcu olan oliqarxların kütləvi həbsi kampaniyasında saxlanılıb. Daha sonra H.Şərifov banka borcun bir hissəsinin ödənilməsi şərti ilə sərbəst buraxılıb.



Lakin belə görünür ki, istintaqla anlaşma pozulub və iş adamı bu dəfə rəsmi ittihamla üzləşərək barəsində həbs qərarı çıxarılıb.



Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan  alınan 10 milyon dollar kredit daxildir.



Qeyd edək ki, Beynəlxalq Bank Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi “Riyad-Farm”a kredit ayırıb. Həmin kreditlərin ödənilməsi müddəti 2017-2019-cu illərdə bitir.



Xatırladaq ki, “Riyad-Farm” MMC hazırda faktiki olaraq müflis durumdadır, şirkətin 3300-ə yaxın apteki fəaliyyətini dayandırıb. Şirkət dərman bazarındakı mövqelərini itirib.


Teqlər:
Bu xəbər cəmi 890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR