“Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyi tərəfindən görülən işlər tam qrafik üzrə davam edir”.
Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Avropa Oyunlarının keçirildiyi günlərdə Bakının nəqliyyat sistemində hər hansı problem yoxdur.
“Hər şey qaydasındadır. Nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur. Əhalimizə və şəhərimizə qonaq gələn turistlərə lazımınca xidmət göstərilir. İnşallah bundan sonra da göstərilən xidmətlərdə heç bir problem olmaz”.
N.Həsənov həmçinin qeyd edib ki, nəqliyyat naziri Ziya Məmmədov Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda tamaşaçı qismində iştirak edir.
“Ziya Məmmədov əksər yarışlara gedib izləyib. O, əsasən voleybol yarışlarına baxmağa üstünlük verir. O, həm də Voleybol Federasiyasının prezidentidir. Oyunlara çox böyük maraq göstərir”.