Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün azərbaycanlıların soyqırımı günüdür

Bu gün azərbaycanlıların soyqırımı günüdür
Xarici arxivlərdəki erməni vəhşiliyini sübut edən tarixi sənədlər Bakıya gətirilib


31 Mart - Azərbaycanlıların soyqırımı günüdür. 1998-ci ildən etibarən bu tarix Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanıb. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıb. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. 



Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməyib.





Yeri gəlmişkən, həmin sənədlərin surətləri və fotoşəkilləri bu günlərdə xarici arxivlərdən Bakıya gətirilib və geniş tədqiq olunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyir ki, ermənilər 1918-ci ilin 29 mayında Azərbaycanın tarixi şəhəri İrəvanı alaraq dövlət elan etdikdən dərhal sonra İrəvan quberniyasındakı azərbaycanlıları qırmağa başlayıb: “Biz quberniyada 1920-ci ilədək davam edən qırğını əks etdirən sənədləri ortaya qoymuşuq. Ermənilər İrəvandan sonra Gəncə quberniyası, həmçinin Naxçıvan və Qarabağı əhatə edən qanlı cinayətlər törədiblər. Bununla bağlı çox qiymətli faktlar tapmışıq”.

Artıq Tarix İnstitutu Londondakı arxiv sənədlərini də ölkəmizə gətirib. Cümhuriyyətimiz haqqında ingilis dilində olan həmin sənədlərdən məlum olur ki, İngiltərənin daşnaklara göstərdiyi pul yardımından istifadə edilib və soyqırım həyata keçirilib. Bununla əlaqədar çoxlu faktlar var. Soyqırım faktlarını əhatə edən sənədlər içərisində Moskva, Sankt-Peterburq, Paris, Dehli, Ankara, İstanbuldan gətirilmiş qiymətli arxiv materialları da var. Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bu sənədlərin hamısında qırmızı xətlə keçir və dünyadan gizlədilmiş tariximiz ortalığa çıxır.

Azərbaycanlılara qarşı sonuncu deportasiya və soyqırım aktları isə 80-ci illərin sonlarından başlayaraq həyata keçirildi. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Qeyd edək ki, Xocalı soyqırımı ilə bərabər 31 mart soyqırımının da dünyada tanıtdırılması istiqamətində işlər görülür.

Bir neçə gün öncə ABŞ-ın Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə əsasən, martın 31-i Azərbaycanlıların Anım Günü kimi tanınır. Qətnamə Assambleyanın nümayəndəsi Tomas P.Qiblin tərəfindən imzalanıb və Amerika Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azəriyə təqdim edilib. Qərarda 1918-ci ilin martında 20 mindən çox dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.


Teqlər:
Bu xəbər cəmi 3430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR