Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

8 nəfər işinə bərpa olunub- Əmək Müfəttişliyi Xidmətindən açıqlama

8 nəfər işinə bərpa olunub- Əmək Müfəttişliyi Xidmətindən açıqlama


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) fəaliyyətin səmərəli təşkilinə nəzarət məqsədilə yaradılmış Şuranın növbəti iclası keçirilib. 



 



Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclası giriş sözü ilə açan Şuranın sədri, DƏMX-in rəisi Fuad Əlizadə  ölkəmizdə yeni iş yerlərinin açılması, istehsal sahələrinin genişlənməsi və məşğulluq səviyyəsinin yüksəlməsi şəraitində əmək hüquqlarının təminatına dövlət nəzarətinin də daim gücləndiyini vurğulayıb: “Təkcə cari ilin yanvar-may aylarında Xidmət tərəfindən idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı iş yerlərində 6599 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilən həmin hüquq pozuntuları ilə əlaqədar işəgötürənlərə tətbiq edilən cərimələrin 54,94 faizi (866884 manat) dövlət büdcəsinə ödənilib ki, bu da  ötən ilin müvafiq dövrünə dair göstərici ilə müqayisədə 20,13 faiz (145292 manat) çoxdur. Həmçinin bu dövrdə işdən qeyri-qanuni azad edilmiş 8 nəfərin əvvəlki işinə bərpa edilməsi təmin olunub”. 



Xidmət rəisi  həmçinin cari ilin 5 ayında 432146 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini, bunun 2014-cü ili yanvar-may aylarındakı müvafiq göstəriciyə nisbətən 2 dəfədən də çox olduğunu qeyd edib.  İclasda funksional vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə ƏSMNN-nin 19 saylı region üzrə DƏM-nin rəisinə, 7 saylı region üzrə DƏM-nin 4 nəfər əmək müfəttişinə töhmət verilib. Bundan başqa, müxtəlif regionlar üzrə region rəisləri, rəis müavinləri və ayrı-ayrı əmək müfəttişlərinin rotasiya qaydasında yerlərinin dəyişdirilməsi barədə qərarlar qəbul olunub.


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR