Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bakıdakı qızıl medal Olimpiya medalından daha dəyərlidir”- Tayfur

“Bakıdakı qızıl medal Olimpiya medalından daha dəyərlidir”- Tayfur


Boks üzrə milli komandamızın üzvü, 1/4 finala vəsiqə qazanan Tayfur Əliyevin “Qafqazinfo”ya müsahibəsi 



 



- Görüşünüz necə keçdi?



- Qələbə qazanmaq yaxşıdır. Amma daha yaxşı çıxış edə bilərdim. Düşünürdüm ki, qələbə qazanacam. Bunu bacardım və sevinirəm. Bu yarışda qızıl medal qazanmaq ən böyük arzumdur.



- Rəqibin haqqında fikirlərin necədir? O, hakimlərdən narazı qaldı?



- Rəqib gördü ki, qaşımdan zədə almışam. Ona görə istədi ki, hakimlərə təsir eləsin. Bu boksda çox vaxt baş verir. Ona görə də belə hərəkət etdi.



- Rəqibləriniz arasında ən güclülər kimlərdir?



- Onların bəzilərini tanıyıram. Gənclər arasında onlarla qarşılaşmışam. Bu boksçular arasındakı ən güclü fransız idmançıdır. Amma onu da sonuncu dəfə “İpək yolu” turnirində məğlub etmişəm. Amma istənilən halda onunla görüşsək, çox çətin olacaq.



- Boks komandamızdan nə qədər medal gözləyirsiz?



- Azərbaycan idmanı inkişaf edir. İstərdim ki, boks yarışlarında 10 medalın hamısını qazanaq. Boksda ən güclü olduğumuzu sübut edək. Bizim idmançılar güclüdür və problem olmasa, onlar medal qazanacaqlar. 



- Avropa Oyunlarında qızıl medal qazansanız, bu, sizin üçün nə qədər dəyərli olacaq?



- Təbii ki, qızıl medalın əhəmiyyəti böyükdür. Mən Naxçıvandan bura gəlmişəm. Orda hər kəs məndən qızıl medal gözləyir. Birinci olsam, çox sevinəcəm. Burdakı qızıl medal Olimpiya medalından daha dəyərli olacaq mənim üçün.



- Burdakı uğur sənə nə qazandıracaq?



- Ən çox təcrübə qazandıracaq. Gələn il keçiriləcək Rio-de-Janeyro olimpiadasına çıxmaq üçün köməklik edəcək. Qarşıda dünya çempionatı da var. Orada hazırlaşmaq lazımdır.



- Teymur Məmmədov uzun müddətdir ki, yaxşı çıxış etmir. Ondan nə gözləyirsiz?



- Təcrübəli boksçumuzdur və ancaq qızıl medal gözləyirəm. Ən çox Məhəmmədrəsul Məcidovdan da uğur gözləyirəm. 



- Alnınızdakı zədə ciddidir?



- Yox, ciddi bir şey yoxdur. Həkimlər də yoxladı və hər şey qaydasındadır. 


Teqlər:
Bu xəbər cəmi 1100 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR