Bakı-2015 Avropa Oyunlarında suya tullanma yarışları da başlayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan idmançıları həm qadınların, həm də kişilərin yarışında qüvvəsini sınayacaq.
Kişilər arasında 1 metr trampling yarışlarının ilk raunduna Artyom Danilov da qoşulacaq.
Qadınlar arasında platform yarışlarında isə Olqa Bikovskaya 13:20-dən etibarən bacarağını göstərməyə çalışacaq.
***
Suya tullanma yarışlarında iştirak edən təmsilçimiz Artyom Danilov təsnifat mərhələsində 427,70 xal toplayıb. O, bu nəticə ilə 11-ci olub və final mərhələsinə vəsiqə əldə edib.