Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda Qrant müqavilələrinin qaydaları müəyyənləşdi

Azərbaycanda Qrant müqavilələrinin qaydaları müəyyənləşdi


Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nı təsdiqləyib. 



Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.



Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi tərəfindən  həyata keçirilir. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən qeydiyyat orqanına təqdim olunur. Azərbaycan resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur.  Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 (on beş) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 (üç) gündən gec olmayaraq, təqdim olunur. Qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər. Qeydiyyat orqanı qeydə alınmış qrant müqavilələri (qərarları) haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidir.



Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün ərizələrə müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi, donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, xaricci donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd,  Azərbaycanda filial və nümayəndəliyi olan donorlar tərəfindən Azərbaycanda xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donor adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə əlavə olunur. Donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti notariat qaydasında təsdiq edilməlidir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir. Xarici ölkədə tərtib olunmuş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.



Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu, Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu, müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu, Qaydada göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, qrant verən təşkilat dövlət qurumu olduğu halda, qanunla nəzərdə tutulmuş siyahıda olması, layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi, müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi araşdırılmalıdır.



Qeydiyyat orqanı bu Qaydada müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bildiriş verir. Bu Qaydada göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15  günədək uzadıla bilər. Müqavilənin (qərarın) qeydə alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Qrant müqaviləsi (qərarı) üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir. Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və  həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5  iş günü müddət təyin edir.



Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından bu Qaydada göstərilmiş sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda imtina edilir


Teqlər:
Bu xəbər cəmi 795 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR