Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Google şəhərləri təkmilləşdirəcək

Google şəhərləri təkmilləşdirəcək


ABŞ-ın Google Inc. internet şirkəti şəhərlərin quruluşunun təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi üçün bölmə yaradıb. 



Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Larri Peycin sözlərinə görə, yeni Sidewalk Labs bölməsi diqqəti şəhərlərdə texnologiyaların inkişafı və tətbiqi sayəsində yaşayış xərcləri, nəqliyyat sistemlərinin effektivliyi və elektrik enerjisindən istifadə kimi məsələlərin həlli üçün həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldəcək.



O qeyd edib ki, urbanistikada texnologiyaların təkmilləşdirilməsi dünyada milyardlarla insanın həyatını yaxşılaşdıra bilər.  



Sidewalk Labs-ın direktoru vəzifəsinə Nyu-York merinin iqtisadi inkişaf və tikinti məsələləri üzrə keçmiş müavini Deniel Doktoroff təyin ediləcək. Ötən ilin sonunadək D.Doktoroff Bloomberg informasiya agentliyinə rəhbərlik edib.



Onun sözlərinə görə, Sidewalk Labs dünya şəhərlərində tətbiq edilə biləcək texnologiya, platforma və müasir infrastrukturun inkişafında mühüm rol oynayacaq. 


Teqlər:
Bu xəbər cəmi 950 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR