Avstriya yığması ümid edir ki, sinxron üzgüçülük üzrə milli komanda üç idmançının xəsarət almasına baxmayaraq birinci Avropa Oyunlarında çıxış edə biləcək.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə “TASS”-ın müxbirinə Avstriya Milli Olimpiya Komitəsinin nümayəndəsi Volfqanq Eyxler bildirib.
Qeyd edək ki, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.
Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.
“Hadisənin baş verməsinə baxmayaraq, komanda yarışlarda çıxış edəcək”, deyə Eyxler qeyd edib.
Sinxron üzgüçülük üzrə yarış iyunun 12-də keçiriləcək.