Mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğından sonra paytaxtda penoplast üzlüklü bütün binalarda söküntü işlərinə başlanıldı.
Elə yanğın baş verən gündən süni üzlükdən xilas olunan binalara penoplastın əvəzinə, betopan və boya vurulur. “Qafqazino”nun əməkdaşı şəhərin müxtəlif yerlərində rəngləri ilə gözoxşayan binalara baş çəkərək, maraqlı görüntülər lentə alıb. Fotolar paytaxtın bir neçə prospektində Nərimanov və Binəqədi rayonlarının ərazilərində yerləşən fərqli binalardan çəkilib. Şəkillərə baxıb siz qərar verin, keyfiyyətinə və gözəlliyinə görə penoplast yaxşı idi, yoxsa bu..?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.