Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AKP-dən koalisiya üçün 3 şərt: Ərdoğanın legitimliyi bazarlıq edilməyəcək

AKP-dən koalisiya üçün 3 şərt: Ərdoğanın legitimliyi bazarlıq edilməyəcək


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya şərtlərini açıqlayıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK partiya koalisiya üçün bütün partiyalarla görüş keçirəcək. Lakin partiyalarla görüşdə heç bir halda güzəştə gedilməyəcək 3 əsas şərt də açıqlanıb. 



Birinci güzəştə gedilməyəcək mövzu “paralel dövlət”lə bağlı olacaq. Belə ki, AK partiya “paralel dövlət”lə mübarizənin iqtidar deyil, dövlətin mübarizəsi olduğunu vurğulayıb. Xəyanətləri bağışlamayacağını deyən AK partiya bu məsələdə güzəştə getməyəcək və koalisiyanın necə olmasından asılı olmayaraq, onun dövlət içərisindəki bağlantıları təmizlənəcək. 



Güzəştə gedilməyəcək digər məsələ isə Türkiyədə uzun illərdir davam edən kürd probleminin həllinə yönəlmiş AKP hökuməti tərəfindən başladılan və hələ də davam edən prosesin yenidən davam etdirilməsi olacaq. Şərtdə göstərilir ki, “çözüm süreci"ndə izlənilən yol xəritəsi davam etdiriləcək və yol verilən səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, seçki nəticələrindən istifadə edərək Şərq və Cənub-Şərqdəki terror təşkilatının fürsətçilik etməsinə də izn verilməyəcək. 



Koalisiya hökuməti üçün hakim partiyanın irəli sürdüyü sonuncu tələbisə ondan ibarətdir ki, Ərdoğanın legitimliyi müzakirə olunmayacaq və əsla koalisiya üçün bazarlıq mövzusu olmayacaq. 


Teqlər:
Bu xəbər cəmi 1000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR