Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərbaycanlılar sevinməlidir ki, elə məşqçiləri var”- Marselo Brozoviç

“Azərbaycanlılar sevinməlidir ki, elə məşqçiləri var”- Marselo Brozoviç


İtaliyanın “İnter” klubunun və Xorvatiya millisinin müdafiəçisi Marselo Brozoviçin “Qafqazinfo”ya müsahibəsi: 



- Azərbaycan milli komandası ilə eyni qrupda yer alırsız. Artıq qrupda növbəti oyunlara start verilib. Ümumiyyətlə, qrup haqqında fikirləriniz necədir?



- Məncə, asan qrup deyil. Bütün komandalar digərindən xal ala bilər. Yaxşı komandalar yer alıb.



- Millimizlə ilk oyunu xatırlayırsız?



- Əlbəttə. 6:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunu çox yaxşı keçirmişdik. Yığma komandada ilk qolumu da məhz sizin milli komandanızın qapısına vurmuşdum. 



- Azərbaycan yığması haqqında fikirləriniz necədir?



- İlk oyunda 6:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq komandanız mübarizə aparmışdı. Orada elə oyunçular var ki, istedadlıdır. Sadəcə problem ondandır ki, sizin futbolçular hamısı daxili liqada mübarizə aparır. Onlar digər ölkələrə üz tutub təcrübə yığsalar, o zaman milliniz də irəli gedər. 



- Necə düşünürsünüz, bizim milli komanda qrupda neçənci yer tuta bilər?



- Azərbaycanlılar üçün əsas rəqib yəqin ki, Norveç və Bolqarıstan yığmalarıdır. Bu komandalarla oyunda yaxşı tərəfdən özlərini göstərə bilsələr, 3-cü pillənin sahibi ola bilərlər. 12 iyunda səfərdən xalla qayıtmağı bacarsalar, yaxşı olacaq.



- Xorvatiya və İtaliya konkret olaraq favoritdirlər...



- Əlbəttə ki, bu iki komandanın gücünü danmaq olmaz. Digərləri bizə qarşı oynamaq üçün çox çalışmalıdırlar. 



- Robert Prosineçki Azərbaycan millisinə baş məşqçi təyin olundu. Onun haqqında nə bilirrsiniz?



- Prosineçki bizim əfsanəmizdir. Xorvatiyada onu hamı sevir. Böyük klublarda çıxış edib və o top sehrbazı olub. Biz gənc nəsil ondan çox şey öyrənməliyik. Məncə, azərbaycanlılar sevinməlidir ki, milli komandalarını elə bir baş məşqçi çalışdırır. 



- Sizcə, komandamız onunla uğur qazana bilər?



- O, hər zaman qalibdir. Bunu danmaq olmaz. Sizin futbolçular Prosineçkidən çox şey öyrənəcəklər. O, əlindən gələni edəcək ki, komandanız qalib olsun. İnanıram ki, Azərbaycan millisi bundan sonrakı matçlarda qalib gələcək. Xorvatiyaya qarşı matçdan başqa, digər oyunlarda mən Prosineçkiyə görə sizə azarkeşlik edəcəm.



- Serbiya – Azərbaycan oyununu izləyə bildinizmi?



- Yox. Çünki hazırda biz yalnız İtaliyaya qarşı keçirəcəyimiz matçı fikirləşirik. 


Teqlər:
Bu xəbər cəmi 660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR