Bu gün gecə saatlarında evində qətlə yetirilən bələdiyyə sədri və həyat yoldaşının yas mağarı hadisə baş verən evin qarşısında qurulub.
AzadXeber.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərinə görə, Saray qəsəbəsi, M.Ziyadov küçəsində artıq yas çadırı qurulub. Meyitlər evə gətirilib, mərhumlar günorta saatlarında Saray qəbiristanlığında dəfn olunacaq.
Mərasimə bələdiyyə üzvləri və icra hakimiyyətinin vəzifəli şəxsləri də qatılıblar.
Mərhumların qohumları jurnalistlərlə söhbət etməkdən imtina ediblər və "buradan getməsəz, daha bir qətl olacaq" deyərək çəkilişə icazə verməyiblər.