Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

11-cilərin 20,92 faizi iki aldı- Ana dilindən

11-cilərin 20,92 faizi iki aldı- Ana dilindən


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 6-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş növbəti buraxılış imtahanların nəticələri barədə məlumat yayıb. “Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb. 



9-cu sinif



Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. 



İmtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28970  şagirdin imtahan nəticələri yerləşdirilib. 



İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.



IX sinif şagirdlərinin Ana dili fənnindən 21,65 faizi "2", 44,96 faizi "3",  20.10 faizi “4”,  13,28 faizi “5”,  Riyaziyyat fənnindən 26,74 faizi "2", 39,61 faizi isə "3”, 20.89 faizi “4”, 12.76 faizi isə “5” qiyməti alıb.



11-ci sinif



XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili,  riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayırıb.



İmtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24393 şagirdin imtahan nəticələri yerləşdirilib. 



İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.



Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 



XI sinif şagirdlərinin Ana dili fənnindən 20,92 faizi "2", 36,60 faizi "3", Riyaziyyat fənnindən 22,03 faizi "2", 35,13 faizi "3", xarici dildən 19,45 faizi "2", 43,41 faizi "3", xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün Kimya fənnindən isə 22,49 faiz "2", 59,44 faiz isə "3" qiyməti alıb.


Teqlər:
Bu xəbər cəmi 1375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR