"Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm" (Video)
Martın 29-da BŞİH-nin başçısı Hacıbala Abutalıbov Qış Bulvarında görülən işlərə baxış keçirib.
Ərazidə olan şəhər meri AzadlıqRadiosunun suallarını cavablandırıb. Hacıbala Abutalıbov Gül Bayramı üçün görülən işlərdən, ərazidə olan əhalinin köçürülməsindən danışıb. O qeyd edib ki, Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcək.
Hacıbala Abutalıbov həmçinin insanların ərazidən köçürülməsinə də münasibət bildirib:
«Bütün bunlar şəhərimizin abadlaşdırılması üçündür. İnsanların heç birində narazılıq yoxdur. Xahiş edirəm onlardasn yaxşını yaxşı görsünlər, pisdə də yaxşı görsünlər. Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm»
Elə bir gün əvvəl bu ərazidə qalan azsaylı sakinlərlə onların evlərini sökmək istəyən Bakı şəhər İcra Hakimiyyətinin fəhlələri arasında qarşıdurma yaranmışdı. Həmin qarşıdurma zamanı müxbirimiz Nüşabə Fətullayevanın çəkdiyi videokadrlar (azadliq.org).
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.