Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev xanımı ilə “Baku Cristall Holl”da

İlham Əliyev xanımı ilə “Baku Cristall Holl”da


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Cristall Holl” da yaradılan şəraitlə tanış olublar.



Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov dövlət başçısına burada görülən işlər barədə məlumat verib.



“Baku Cristall Holl”da birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.



Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.



“Baku Cristall Holl”un boks meydançasında 2600 tamaşaçı yerlik tribuna qurulub. Birinci Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.



Voleybol və boks meydançalarının “Baku Cristall Holl”un əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. 



“Eurovision” mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədir. Zalın mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə uyğun şəkildə yenidən qurulmasıdır. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq.



“Baku Cristall Holl”un ətrafındakı ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.


Teqlər:
Bu xəbər cəmi 755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR