Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət mükafatı hansı mətbuat xidməti rəhbərinə verilsin? - SORĞU

Dövlət mükafatı hansı mətbuat xidməti rəhbərinə verilsin? - SORĞU


Birinci Avropa Oyunları və mətbuatın 140 illik yubileyi ərəfəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı maraqlı təklif irəli sürülüb. 



Bildirib ki, mətbuatın 140 illiyi ilə əlaqədar jurnalistlərlə yanaşı dövlət qurumlarının, nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri də dövlət mükafatlana layiq bilinməsi üçün müraciət edilsin. 



Maraqlıdır, media rəhbərləri dövlət qurumlarının hansı mətbuat xidməti rəhbərinin mükafatlanmasını istəyir? 



AzNews.az bununla bağlı jurnalistlər arasında sorğu keçirib. 



“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı hesab edir ki, ölkədə dövlət strukturlarının əksəriyyətinin mətbuat xidmətləri zəif işləyir: “Hətta mediaya informasiya verməkdənsə, olan informasiyanı gizlətməyə, yaxud da təkzib etməyə çalışırlar. Ona görə də xüsusi fərqləndirdiyim bir mətbuat xidməti yoxdur. Amma yenə də Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin işini qeyd etmək olar. Heç olmasa, onlar medianın suallarına, sorğularına cavab verirlər”. 



“Azadinform.az” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev hesab edir ki, fərqlənən mətbuat söçüləri mükafatlandırılmalıdır: “Əslində normal təklifdir. Bir çox mətbuat xidməti rəhbərləri jurnalistikadan gedib, illərlə qəzetlərdə, informasiya agentliklərində çalışıblar. Mən bu təklifi müsbət qiymətləndirir və əlavə tövsiyə də vermək istəyirəm. Belə ki, təkcə dövlət təşkilatlarında çalışan mətbuat xidməti rəhbərləri deyil, özəl sektorda, böyük holdinqlərdə çalışan ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin fəaliyyətini bu və ya digər formada qiymətləndirmək lazımdır. Onlar da bir zamanlar bizim kimi aktiv jurnalistikadan gediblər, bu gün də media ilə əlaqəli şəkildə işləyirlər. Konkret kimlərin mükafatlandırılmasına gəlincə, əlbəttə, bu birbaşa Cənab Prezidentin səlahiyyətində olan məsələdir. Amma mən çox istərdim ki, media ilə aktiv çalışan bir çox dostlarımız – FHN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin Baş məsləhətçisi Azər Sarıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, DSMF-dən Əmrah Fəqanoğlu, ƏƏSMN-dən Elman Babayev, Dini Komitədən Yaqut Əliyeva, Hesablama Palatasından Nailə Məhərrəmli, özəl şirkətlər sırasında “Veysəloğlu” şirkətindən İlham Məmmədov, Seferberlik Xidmetinden Nureddin Heyderov, azersudan Anar Cebrayilli, "Azərişıq"dan Tanrverdi Mustafayev, Mədəniyyət və Turizm Nazirliyindən İntiqam Hümbətov və adının hazırda yadıma sala bilmədiyim bir çox həmkarlarımız mükafatlandırılsın”.



“Qafqazinfo” saytının redaktoru Elnur Məmmədli 3 dövlət qurumunun mətbuat xidmətlərinin işini yüksək dəyərləndirib:“Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov”. 



“Avropa.info” saytının redaktoru Rəsul Mirhəşimli iki mətbuat xidmətinin rəhbərinin mükafata layiq görülməsini istəyir: “Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova mətbuatla əlaqələr baxımından təqdirəlayiq işləyirlər. Mükafatlandırılma olsa, bu şəxslərin də mükafatlandırıılmasını istərdim”. 



“Gündəlik teleqraf” qəzetinin redaktoru Qurban Yaquboğlu vurğulayıb ki, qurumların mətbuat xidmətləri təxminən oxşar prinsiplərlə fəaliyyət göstərirlər: “Yaxşı mənada seçilən iki mətbuat xidməti rəhbərini deyə bilərəm. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin mətbuat xidmətinin rəhbəri Elman Babayevin adını çəkərdim”. 



“Modern.az” saytının redaktoru Əfqan Qafarlı isə deyir ki, son illər dövlət qurumlarının mətbuatla əlaqələndiricilərinin işini müsbət qiymətləndirmək lazımdır: “İndi mətbuatdan qaçan mətbuat katiblərini barmaqla saymaq olar. Mətbuat xidmətlərinin rəhbərlərinin əksəriyyəti mediaya açıq olmaqla yanaşı, operativ fəaliyyətlərilə də diqqət çəkirlər. Konkret olaraq kimlərin mükafatlandırılmasına gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimovanın, “Azərsu” ASC-dən Anar Cəbrayıllının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayevin, “Azərişıq”dan Tanrıverdi Mustafayevin adlarını çəkə bilərəm”. 



“Qaynar.info” saytının baş redaktoru Zahir Əzəmət bildirir ki, mükafatlar formal xarakter daşıyır: “Bu baxımdan bütün mətbuat xidmətlərinin rəhbərləri mükafatlandırılmalıdır. Onsuz da hamısının iş prinsipi eynidir - mümkün qədər informasiyanı gizlətmək, ictimaiyyətə ya heç bir məlumat verməmək, ya da iş-işdən keçəndən sonra köhnəlmiş, hamının bildiyi ümumi sözləri danışmaq. Bu mənada öz işlərinin öhdəsindən yaxşı gəlirlər. Qoy hamını, o cümlədən Əflatun müəllimi də mükafatlandırsınlar”. 



“Oxu.az” saytının məsul redaktoru Elvin Şirinli isə mətbuat xidməti rəhbərləri arasında Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəfa Mehmanqızının adını çəkib: “Bu qurumun mətbuat xidmətinin fəaliyyəti nəticəsində son illər Bakı sakinləri paytaxtda nəqliyyatla bağlı xəbərləri, xəbərdarlıqları vaxtlı-vaxtında alır. Bu isə onların işini çox asanlaşdırır. Hansı küçələrdə təmir aparıldığını, sıxlıq yarandığını bilən paytaxt sakinləri alternativ yollardan istifadə edir, onların yollarda daha az vaxt itirmələrinə kömək edir. Yəni insanlara çox faydalıdır və birbaşa köməyi çoxdur. Çünki bu sahədə xəbərlər hər gün yeni məlumatlar yayılır. Razılaşarsınız ki, onların mətbuat xidmətinə müraciət etdikdə dərhal cavablandırırlar, yubanma olmur, işə məsuliyyətlə yanaşma var. Bu, vacib məqamlardır. Daha sorğu göndərib nə vaxt cavab gələcəyini gözləmirsən”. 


Teqlər:
Bu xəbər cəmi 1640 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR