Ermənistan hakimiyyəti Azərbaycanın işğal altındakı Şuşa şəhərində universitet tikintisini maliyyələşdirir.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tikintisi başa çatmaqda olan universitet rəsmi olaraq “Ermənistan Kənd Təsərrüfatı Universitetinin Artsax Filialı” adlanacaq. Universitetin tikintisinin başa çatmaq üzrə olduğu və sentyabr ayında təntənəli mərasimlə açılacağı gözlənilir. Universitet filialı 1700 nəfərin təhsil alması və işləməsi üçün nəzərə tutulub.
Şuşanın meri səlahiyyətlərini icra edən Artsvik Sarqsyan isə şəhərdə mənzil fondunun tükəndiyini bildirib. Onun sözlərinə görə universitetin tikintisindən sonra Şuşaya insan axının çoxalacağını nəzərə alaraq? yeni mənzillərin və dağılmış evlərin bərpasının aktuallşaması gözlənilir.
Artsvik Sarqsyan hazırda şəhərdə 5 min sakinin yaşadığını deyib.