Bu gün millət vəkillərinə “Bakı-2015” 1-ci Avropa Oyunlarının acılış mərasimində iştirak üçün dəvətnamələr verilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, deputatlar mərasimə digər tədbirlərdəki kimi şəxsi maşınlarında deyil, avtobusla gedəcəklər.
Onlar “Baku-2015”in açılış günü-iyunun 12-də Milli Məclisin qarşısında toplaşaraq onlar üçün ayrılmış xüsusi avtobusla Bakı Olimpiya Stadionuna yollanacaqlar.